Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1905/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətlə razılaşmayaraq bildirmişdir ki, X1 Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-X4 Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsinin keçmiş işçisi, anası Talehli Nahidə İsmi qızının xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Çağrı Mərkəzi”nə etdiyi müraciətinə X13 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Araşdırma zamanı Talehli Nahidə İsmi qızının Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-X4 Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsinin işçisi olması, xx.xx.2024-cü il tarixdə iş prosesi zamanı işlədiyi Mənzil Kommunal Sahəsinə aid sənədləri götürməyə gedən zaman yol nəqliyyat hadisəsi zamanı ölməsi müəyyən edilmişdir. 5 saylı Mənzil Kommunal Sahəsinin rəisi vəzifəsini icra edən mühəndis X9 da izahatında həmin xüsusatı təsdiq etmişdir. Talehli Nahidə İsmi qızı ilə əmək müqaviləsi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-X4 Birliyi arasında bağlanmış, yəni işə götürən qismində sonuncu təşkilat çıxış etmişdir. Bədbəxt hadisə barədə müfəttişliyə məlumat verilmədiyi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-X4 Birliyinin rəisi X12 16 iyul 2025-ci il, tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən vəzifəli şəxsi kimi İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Həmçinin bildirmişdir ki, yolnəqliyyat hadisəsi üzrə hərbi prokurorluqda istintaq aparılması işə götürəni bədbəxt hadisə barədə müfəttişliyə məlumat vermək öhdəliyindən azad etmir. Belə ki, istintaq orqanı bu barədə müfəttişliyə məlumat vermə öhdəliyi daşımır. Ona görə də müfəttişlik bədbəxt hadisə üzrə uzun müddət məlumatsız olmuş, yalnız mərhmun qızının şikayətindən sonra müvafiq araşdırma aparılmışdır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq X3 məhkəmə iclasında iştirak etməmişdir. X3 tərəfindən məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində işə onun iştirakı olamdan baxılmasını, iş üzrə obyektiv və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXMin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsibi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X13 Xidmətinin 16 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin rəisi X12 Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası X13 Xidmətinin 07 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, işəgötürən X12 tərəfindən Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuş işçi Talehli Nahidə İsmi qızının xx.xx.2024-cü il tarixdə iş vaxtı yol nəqliyyat hadisəsi zamanı xəsarət alması və sonradan vəfat etməsi ilə nəticələnmiş bədbəxt hadisə gizlədilmişdir. Həmin prokolda olan qeydlərdən görünür ki, X10 nümayəndəsi X11 izahatında işçilərin səhlənkarlığı nəticəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-yə məlumat verilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, onun anası Talehli Nahidə İsmi qızı xx.xx.2024-cü il tarixində iş vaxtında saat 11:57 radələrində Sumqayıt şəhər sakini FHN-nin hərbi qulluqçusu 1995-ci il təvəllüdlü X6 idarə etdiyi “Hyundai Elantra” markalı, 77ED770 dövlət qeydiyyat nişanlı avtomobillə svetaforun qırmızı işığında piyadanın yolu olduğu halda piyada zolağında vurmuş və anası vəfat etmişdir. Anası 1988-ci ildən 5 saylı MİS-də hesabdar vəzifəsində işləmişdir. 5 saylı MİS-in mühəndisi X9 anası Nahidə Talehlini iş müddətində iş saatında Baş İdarəyə MKİİB-nə göndərəkən yol nəqliyyat hadisəsi baş vermişdir. Lakin, 5 saylı MKİS “istehsalatda baş vern bədbəxt hadisə”nin üstündən 5 ay 14 gün keçməsinə baxmayaraq bədbəxt hadisə barədə X13 Xidmətinə məlumat verməmişdir. Gizlədilmiş hadisənin araşdırılması xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş 5 saylı MKS-nin mühəndisi X5 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 5 saylı MKS-də rəis vəzifəsini icra etmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində 5 saylı MKS-nin hesabdarı Talehli Nahidə İsmi qızını Sumqayıt şəhər H.Əliyev prospektində maşın vurmuş və sürücü Nahidəni xəstəxanaya aparmışdır. Bu barədə ona məlumatı sosial işçi Şərafət Zülfəliyeva vermişdir. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində MKTB-nin votsap qrupunda hərbi komissarlıqdan müvafiq sənədin götürülməsi üçün nümayəndə göndərilməsi barədə SMS gəlmişdir. O da həmin vaxt 5 saylı MKS-də mühasib Ülfət və hesabdar Nahidə olduğunu, eyni zamanda Ülfətin qəbulunda vətəndaşlar olduğunu görmüşdür. Ona görə də mərhumə Nahidəyə saat 16:00-dan sənədləri götürməyi söyləmişdir. Nahidə sənədi götürmək üçün hərbi kommissarlığa getmişdir. Bu zaman Nahidəni maşın vurmuşdur. Nahidə və digər hesabdarlar mütəmadi olaraq Sumqayıt şəhərində yerləşən idarələrə sənədlər aparıb gətirirmişlər. Hadisə baş verən gün Nahidə hərbi komissarlığa tək getmişdir. MKTİB-dən işçilərin hər hansı bir idarə və təşkilatdan sənəd verməsi və götürməsi müvafiq əmrlə rəsmiləşdirilmir. İdarələr onlara votsap qrupu vasitəsilə məlumat verirlər və nümayəndə göndərillməsini xahiş edirlər. Onlar da hər hansı işçini göndərirlər. Qeyd olunanlar şifahi formada olur. Beləliklə də məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, Talehli Nahidə İsmi qızı Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-X4 Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsinin işçisi olmuş, xx.xx.2024-cü il tarixdə iş prosesi zamanı işlədiyi Mənzil Kommunal Sahəsinə aid sənədləri götürməyə gedən zaman yol nəqliyyat hadisəsi zamanı ölmüşdür. Lakin, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-X4 Birliyi baş verən bədbəxt hadisə barədə X13 Xidmətinə məlumat verməmiş, mərhumun qızının bir neçə aydan sonra X13 Xidmətinə müraciətindən sonra bədbəxt hadisə barədə müfəttişlik məlumatlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən 1. işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Həmin qaydaların 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə – min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X10 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1905/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1905/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver