Məhkəmə qərarları › İş №3(060)-1907/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1907/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1907/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli, EP № 0118030, 00700-00165/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra mətndə SBGİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, X3 Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsinə əsasən 01 avqust 2023-cü il tarixli EP № 0118030, 00700-00165/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Azərbaycan Vanhong Ceramics CO." MMC-nin (VÖEN **********) ünvanına İran İslam Respublikasından 62374277 nömrəli və 62534565 nömrəli vaqonlarla göndərilmiş “Kaolin” yükü xx.xx.2023cü il tarixli **********5746 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Gömrük İdarəsində bəyan edilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi vaxtında verilməmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 23 avqust 2023-cü il tarixə təyin edilmişdir, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 28 avqust 2023-cü il tarixə təxirə salınmışdır. 28 avqust 2023-cü il tarixli məhkəmə iclası barədə Şəxs MMC xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təkrarən təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs SBGİ Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı Nümayəndə izahatında bildirdi ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə SGİ-də **********5746 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, İran İslam Respublikasından “Kaolin” yükü 62374277 nömrəli və 62534565 nömrəli vaqonlarla göndərilmiş və Azərbaycan Respubiikasının gömrük ərazisinə gətirməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda xx.xx.2023-cü il tarixdə saat 20:26-da və 21:05-də Astara Gömrük İdarəsinin “Astara” dəmiryolu gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair elektron formada **********7426 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 21:49-da verilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC 1.500,00 manat məbləğində cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Rəsmiləşdirmə mərkəzi 1-ci bölmənin baş inspektoru, gömrük xidmət polkovniki Müşfiq Hüseynov SGİ-nin rəisinin vəzifəsini müvəqqəti icra edən, xidmət polkovnik-leytenantı Tariyel Alverdiyevə 3-33-/3-1- 003111/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət edərək, göstərmişdir ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 62374277 nömrəli və 62534565 nömrəii vaqonlarla göndərilmiş xx.xx.2023-cü il tarixli **********5746 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün, qanunvericiliklə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi vaxtında təqdim olunmamışdır. İş materiallarında olan Gömrük Xidmətinin X1 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 62374277 nömrəli və 62534565 nömrəli vaqonlarla göndərilmiş “Kaolin” yükü xx.xx.2023-cü il tarixdə saat 20:26-da və 21:05-də Astara Gömrük İdarəsinin “Astara” dəmiryolu gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair **********7426 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra xx.xx.2023-cü il tarixdə saat 21:49-da elektron qaydada gömrük orqanına verilmişdir. İş materialında olan 3-33-1800/2-001423/2023 saylı, xx.xx.2023-cü il tarixli SGİ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişin surətindən görünür ki, SGİ Əməliyyat a təhqiqat şöbəsində “Azərbaycan Vanhong Ceramics CO." MMC tərəfindən ölkə ərazisinə idxal olunmuş və **********5746 sorğu nömrəli, **********5651 sorğu nömrəli, **********5631 sorğu nömrəli, **********5724 sorğu nömrəli, **********5735 sorğu nömrəli, **********5825 sorğu nömrəli, **********5599 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən “Kaolin” yükünə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada qısa idxal bəyannamələri vaxtında elektron qaydada verilmədiyindən Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə 00700-00165/23 saylı, 00700-00166/23 saylı, 00700-00167/23 saylı, 00700- 00168/23 saylı, 03700-00169/23 saylı, 00700-00170/23 saylı, 00700-00171/23 saylı inzibati xəta haqqında işlər üzrə aparılan araşdırma ilə əlaqədar etibarnamə əsasında səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədlə birgə xx.xx.2023-cü il tarixdə saat 10:00-da SGİ-nin Əməliyyat və təhqiqat şöbəsinə (48 saylı otaq) gəlməsini təmin edilməsi bildirilmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Göründüyü kimi "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsində **********5746 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, İran İslam Respublikasından “Kaolin” yükü 62374277 nömrəli və 62534565 nömrəli vaqonlarla göndərilmiş və Azərbaycan Respubiikasının gömrük ərazisinə gətirməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına eiektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda xx.xx.2023-cü il tarixdə saat 20:26da və 21:05-də Astara Gömrük İdarəsinin “Astara” dəmiryolu gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair elektron formada **********7426 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 21:49-da verilmişdir. Beləliklə, bu fakt 3-33-/3-1-003111/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raport, Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. İXM-nin 485.2-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, X3 Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar