Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1909/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytenantı Əşrəf Məsiyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qusar rayonu, Həsənqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhəri, 1-ci PB-nin həyətində dəfələrlə irad bildirilməsinə baxmayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Protokolu tərtib etmiş şəxs- Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis leytantı Əşrəf Məsiyev tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin həyətində dəfələrlə irad bildirilməsinə baxmayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə raport tərtib edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinə Sumqayıt şəhəri 8-ci mikrorayon yerləşən obyektin şüşəsini qırdığı üçün özü polis bölməsinə gəlmişdir. Lakin içkili olduğu üçün bölmənin həyətində səs-küy salmış, nəlayiq ifadələrdən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən bir neçə dəfə irad bildirilsə də, o, içkili olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Hazırda öz əməlindən çox peşmandır. Buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 23:55-də tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:00-də azad edilmişdir. Məhkəmə Protokolu tərtib etmiş şəxsi, inzibati xəta törədən şəxs Şəxs dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal onun inzibati xətanı sərxoş halda törətməsidir. Məsuliyyətini yüngülləşdirən hal isə əməlindən peşman olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən xx.xx.2022-ci il tarixdə saat 23:55-də tutularaq xx.xx.2022-ci il tarixə saat 15:00-dək saxlanması nəzərə alınsın və üzərində 150 (yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-1909/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1909/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver