Məhkəmə qərarları › İş №3(060)-191/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-191/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-191/2021 08.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, X5 tərəfindən verilmiş 04 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə ictaata xitam verilməsinə dair şikayət ərizəsinə hazırlıq iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 04 yanvar 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilərək 200,00 (iki yüz) manat cərimənin ləğv edilib, xəbərdarlıq növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 08 yanvar 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X5 tərəfindən verilmiş şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar şikayətə əlavə edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırkı ərizənin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 103, 128 və 129-cu maddəsinə əsasən, məhkəmə qərara aldı: 04 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta üzrə ictaata xitam verilməsinə dair X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlə birlikdə X3 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar