Məhkəmə qərarları › İş №3(060)-1910/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1910/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1910/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X5 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati xəta haqqında 07 avqust 2023-cü il tarixli, 00100-00074/23/01, 00100- 00074/23/02, 00100-00074/23/03 saylı protokolları əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 482.2, 485.1-ci maddələrinə əsasən tərtib edilmiş 07 avqust 2023-cü il tarixli, 00100-00074/23/01, 00100-00074/23/02, 00100-00074/23/03 saylı inzibati xəta haqqında protokollar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. 07 avqust 2023-cü il tarixli, 00100-00074/23/01 saylı protokola görə hüquqi ünvanı Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 olan Şəxs MMC tərəfindən X1 Azərbaycan Respublikasının gömrük ərazisinə 50D61110/50D61210 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə TTNU9562970 nömrəli konteynerdə gətirilərək idxal edilmiş və Sumqayıt Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş **********6370 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilməyən 9878 manat təşkil edən avtomobil ehtiyat hissələri aşkar edilmişdir. Aparılan inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC qeyd olunan konteynerdə Azərbaycan Respublikası gömrük ərazisinə idxal edəcəyi mallar barədə əvvəlcədən gömrük orqanına təqdim etdiyi **********0882 sorğu nömrəli qısa idxal bəyannaməsində də aşkar edilən mallar barədə gömrük orqanına hər hansı məlumat təqdim etməmiş, gömrük orqanına bəyan edilməyən malların rəsmiləşdirilməsi zamanı əlavə gömrük ödənişlərini ödənilməsi öhdəliyi yaranmışdır. Odur ki, Şəxs MMC 14 iyun 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük idarəsinə təqdim etdiyi bəyannamədə həmin malları bəyan etmək öhdəliyi olduğu halda həmin malları bəyan etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 07 avqust 2023-cü il tarixli, 00100-00074/23/02 saylı protokola görə hüquqi ünvanı Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 olan Şəxs MMC tərəfindən X1 Azərbaycan Respublikasının gömrük ərazisinə 31B93110/31B93210 və 50D61110/50D61210 nömrə nişanlı yük nəqliyyat vasitələri ilə TLLU8668604 və TTNU9562970 nömrəli konteynerdə gətirilərək idxal edilmiş və Sumqayıt Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş **********6391 və **********6370 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların yoxlanılması zamanı istifadə olunmuş kimi bəyan olunan, lakin heç bir istismara məruz qalmamış, o cümlədən sayı düzgün bəyan olunmayan ümumi bazar dəyəri 7638 manat təşkil edən avtomobil ehtiyat hissələri aşkar edilmişdir. Aparılan inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC qeyd olunan konteynerlərdə Azərbaycan Respublikası gömrük ərazisinə idxal edəcəyi mallar barədə əvvəlcədən gömrük orqanına təqdim etdiyi **********691 və **********882 sorğu nömrəli qısa idxal bəyannamələrində də aşkar edilən mallar barədə gömrük orqanına hər hansı məlumat təqdim etməmiş, gömrük orqanına bəyan edilməyənmalların rəsmiləşdirilməsi zamanı əlavə gömrük ödənişlərini ödənilməsi öhdəliyi yaranmışdır. Odur ki, Şəxs MMC 14 iyun 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük idarəsinə təqdim etdiyi bəyannamədə həmin malları bəyan etmək öhdəliyi olduğu halda həmin malları bəyan etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 07 avqust 2023-cü il tarixli 00100-00074/23/03 saylı protokola görə hüquqi ünvanı Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 olan Şəxs MMC tərəfindən X1 Azərbaycan Respublikasının gömrük ərazisinə 31B93110/31B93210 nəqliyyat vasitəsi ilə TTNU9562970 nömrəli konteynerdə gətirilərək idxal edilmiş və Sumqayıt Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş **********6391 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların yoxlanılması zamanı 2358 manat təşkil edən 31 ədəd (BMW 39 ban 2022 dublikat) asqının və 1000 manat təşkil edən 50 ədəd benzin nasosu (Mercedes Benz E/C dublikat) istifadə olmuş kimi bəyan edilsə də, heç bir istismara məruz qalmamış vəziyətdə yeni olduğu müəyyən edilmişdir. Aparılan inzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC qeyd olunan konteynerlərdə Azərbaycan Respublikası gömrük ərazisinə idxal edəcəyi mallar barədə əvvəlcədən gömrük orqanına təqdim etdiyi **********9691 sorğu nömrəli qısa idxal bəyannaməsində də aşkar edilən mallar barədə gömrük orqanına hər hansı məlumat təqdim etməmiş, gömrük orqanına bəyan edilməyənmalların rəsmiləşdirilməsi zamanı əlavə gömrük ödənişlərini ödənilməsi öhdəliyi yaranmışdır. Odur ki, Şəxs MMC 14 iyun 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük idarəsinə təqdim etdiyi bəyannamədə həmin malları bəyan etmək öhdəliyi olduğu halda həmin malları bəyan etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən təqdim olunan **********391 və **********6370 sorğu gömrük bəyannamələri əsasında X1 Azərbaycan Respublikasının gömrük ərazisinə avtomobil ehtiyat hissələri gətirilmişdir. Həmin mallara gömrük baxışı keçirilən zaman GN PETROL-S LTD” MMC qeyd olunan konteynerdə Azərbaycan Respublikası gömrük ərazisinə idxal edəcəyi mallar barədə əvvəlcədən gömrük orqanına təqdim etdiyi **********0882 sorğu nömrəli qısa idxal bəyannaməsində aşkar edilən mallar barədə gömrük orqanına hər hansı məlumat təqdim etməmiş, gömrük orqanına bəyan edilməyən malların rəsmiləşdirilməsi zamanı əlavə gömrük ödənişlərini ödənilməsi öhdəliyi yaranmışdır. Gömrük orqanına bəyan edilməyən malların dəyəri 9878 manat təşkil etdiyindən cərimənin həmin məbləğdən hesablanmaqla tətbiq olunmasını xahiş edir. Bundan başqa Şəxs MMC tərəfindən qeyd olunan bəyannamələr üzrə mallara gömrük baxışı keçirilən zaman istifadə olunmuş kimi bəyan olunan, lakin heç bir istismara məruz qalmamış, o cümlədən sayı düzgün bəyan olunmayan ümumi bazar dəyəri 7638 manat təşkil edən avtomobil ehtiyat hissələri aşkar edilmişdir. Bu hissədə cərimə məbləğinin düzgün bəyan olunmayan 7638 manatdan hesablanmasını xahiş edir. Bundan başqa Şəxs tərəfindən Azərbaycan Respublikası gömrük ərazisinə idxal edəcəyi mallar barədə əvvəlcədən gömrük orqanına təqdim etdiyi **********9691 sorğu nömrəli qısa idxal bəyannaməsində də aşkar edilən mallar barədə gömrük orqanına hər hansı məlumat təqdim etməmiş, gömrük orqanına bəyan edilməyən malların rəsmiləşdirilməsi zamanı əlavə gömrük ödənişlərini ödənilməsi öhdəliyi yaranmışdır. Bundan sonra məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4830 saylı rəyinə əsasən 34 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 20442.00 manat müəyyən edilmişdir. Bundan sonra Şəxs MMC-nin nümayəndəsi dəvət olunmuş, izahatı alınmış, nümayəndə öz izahatında qeyd olunan halların texniki səhvlik nəticəsində baş verdiyini bildirmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquq şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin rəisi tərəfindən imzalanmış “Raport”dan görünür ki, hüquqi ünvanı Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 olan Şəxs MMC tərəfindən X1 Azərbaycan Respublikasının gömrük ərazisinə 31B93110/31B93210 və 50D61110/50D61210 nömrə nişanlı yük nəqliyyat vasitələri ilə gətirilmiş və qeyd olunan yük nəqliyyat vasitələrinə müvafiq olaraq **********6391 və **********6370 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda Sumqayıt Gömrük İdarəsində bəyan edilmiş malların yoxlanılması zamanı bəyan olunmayan və düzgün bəyan olunmayan avtomobil ehtiyyat hissələri aşkar edilmiş, müvafiq ekspertiza təyin edilmiş, rəyinə əsasən 34 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 20442.00 manat müəyyən edildiyi qeyd olunmuşdur. 16 iyun 2023-cü il tarixli “nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı Yaşar Əmirov tərəfindən X2 qeydiyyatda olan “X9.LLC” şirkətindən Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 ünvanında qeydiyyatda olan hüquqi şəxs- Şəxs MMC-nin ünvanında idxal olunaraq sürücü-İran İslam Respublikasının vətəndaşı X6 tərəfindən idarə edilməklə “Scania” markalı 31B93110/31B93210 dövlət nömrə nişanlı yük avtomobilinə və X2 qeydiyyatda olan “X9.LLC” şirkətindən Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 ünvanında qeydiyyatda olan hüquqi şəxs- Şəxs MMC-nin ünvanında idxal olunaraq sürücü-İran İslam Respublikasının vətəndaşı X4 tərəfindən idarə edilən “Sinotruk” markalı 50D61110/50D61210 dövlət nömrə nişanlı yük avtomobilinə baxış keçirilmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan **********6391 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına X1 “dizel mühərriki”, **********6370 saylı gömrük bəyannaməsi üzrə X1 “güzgülər” yükü daxil olmuşdur. **********6370 saylı gömrük bəyannaməsi üzrə mallar gömrük orqanlarına bəyan edilməli olduğu halda bəyan edilməmiş, qeyd olunan hər iki bəyannamə üzrə bəyan edilmiş malların yoxlanılması zamanı istifadə olunmuş kimi bəyan olunan, lakin heç bir istismara məruz qalmayan, o cümlədən sayı düzfün bəyan olunmayan ümumi bazar dəyəri 7638 manat təşkl edən avtomobil ehtiyat hissələri aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4830 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 34 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 20442.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarından görünür k, 17 iyul 2023-cü il tarixdə Şəxs MMC-nin direktoru X3 izahatı alınmış, sonuncu malın çox adda olması səbəbindən malların bir qisminin düzgün bəyan edilmədiyi, bir qisminin isə ümumiyyətlə bəyan edilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 482.2 və 485.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 482.2 və 485.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 482.2 və 485.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 9878 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin qırx faizindən altmış faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Avtovağzal ərazisi, ev Sülh Plaza otaq 306 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 482.2 və 485.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 60 (altmış) faizi məbləğində (9878,00 manat X 60%), yəni 5926,8 (beş min doqquz yüz iyirmi altı manat, səkkiz qəpik) manat məbləğində cərimə olunsun. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar