Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1911/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 2 saylı X6 tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzaibati xəta haqqında protokola əsasən 23 iyul 2025-ci il tarixində keçirilən nəzarət tədbirlri zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə Şəxs MMC-də formalaşan tullantı sularının təmizləyici qurğulardan keçmədən “Acıdərə” kanalına axıdılmışdır. İnzibati xəta haqqında protokolda sübut kimi xx.xx.2023-cü il tarixli akta və fotoşəkillərə istinad edilmişdir. Həmin akt və fotoşəkillər materiallara əlavə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 2 saylı X4 səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 bildirmişdir ki, MMC-nin təsisçisi və direktoru fiziki şəxs X12 Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçərək ********** saylı VÖEN əldə etmiş və hazırda Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun qaydada sahibkarlıq fəaliyyətini həyata keçirir. Həmçinin də təsisçisi və direktoru olduğu "xxxx" MMC ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınaraq kənd təsərüfatının mühüm sahələrindən olan toyuq ətlərinin yetişdirilməsi, emalı və satışı ilə məşğul olur. Bildirir ki, fiziki şəxs X1 fəaliyyətilə bağlı istehsalat sahəsi və quşçuluq təsərrüfatı 20 ildən artıqdır ki, ünvan 1 ünvanda şəhər qəbirstanlığının yaxınlığında yerləşməklə fəaliyyət göstərir. Sahibkarlıq fəaliyyəti qida məhsullarının istehsalı ilə bağlı olduğundan istehsalın həyata keçirilməsində və işin təşkil olunmasında suyun xüsusi rolu vardır. Bu səbəbdən də fiziki şəxs olaraq X12 ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ arasında bağlanmış müqaviləyə əsasən istehsalat sahəsi və quşçuluq təsərrüfatında mütəmadi olaraq sudan istifadə olunur. Şəxs MMC-yə məxsus fabrik sənaye təyinatlı torpaqda yerləşir, fabrikdən axıdılan suyun tərkibində heç bir kimyəvi və zərəli maddələr yoxdur. Üstəlik də ki, həmin ərazidə "xxxx" MMC-dən" başqa çoxsaylı böyük şirkətlər fəaliyyət göstərir. Həmin şirkətlərdən də axıdılan sular “Acıdərə” kanalına axıdılır ki, o şirkətlər barəsində hansısa inzibati tədbirlər görülməyərək, yalnız "xxxx" MMC barəsində inzibati cərimələr tətbiq edilir. 2023-cü ildə qeyd olunan məsələ ilə bağlı X10 direktor olaraq 3 dəfə, MMC- nin isə bir dəfə inzibati məsuliyyətə cəlb olunmağı ilə bağlı qərar qəbul edilmişdir. Fiziki şəxs X1 fəaliyyətilə bağlı istehsalat sahəsindən kanala axıdılan su digər şirkətlər və fərdi evlərdən axıdılan ümumi su kütləsinin çox az bir hissəsini təşkil edir. Hətta digər şirkətlərdən axıdılan suların boru xətlərinə və fiziki şəxs X1 fəaliyyətilə bağlı istehsalat sahəsindən axıdılan suların boru xəttinə baxmaq kifayət edir ki, həmin boruların içində ən kiçik diametri olan boru xətti onların şirkətinə aiddir. Həmçinin digər şirkətlərdə və fərdi yaşayış evlərində inzibati orqanın tələb etdiyi kimi tullantı sularının təmizlənməsi üçün qurğular mövcud deyildir. Bu isə o deməkdir ki, inzibati orqan tərəfindən "xxxx" MMC-yə qarşı ikili standart tətbiq olunaraq Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri pozulur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan İnzibati Xəta haqqında xx.xx.2025-ci il tarixli, MN №2366205 saylı protokoldan görünür ki, 23 iyul 2025-ci il tarixində keçirilən nəzarət tədbirlri zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə Şəxs MMC-də formalaşan tullantı sularının təmizləyici qurğulardan keçmədən “Acıdərə” kanalına axıdılmışdır. İnzibati xəta haqqında protokolda sübut kimi xx.xx.2023-cü il tarixli akta və fotoşəkillərə istinad edilmişdir. Həmin akt və fotoşəkillər materiallara əlavə edilmişdir. İş materialında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 2 saylı X4 əməkdaşları tərəfindən tərtib olunmuş 28 iyul 2028ci il tarixli 000415 №li aktdan görünür ki, Suların İstifadəsinə və X9 Xidmətinin 2 saylı X4 21 iyul 2025-ci il tarixli 0005 nömrəli sərncamına əsasən Azərbaycan Respublikasının su məcəlləsinin “Su təchizatı və tullantı suları haqqında qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus quşçuluq fabrikində formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı Şəxs MMC-nin kəsim məntəqəsində formalaşan tullantı suları xüsusi çkilmiş plastik boru ilə heç bir təmizlənmə prosesindən keçmədən Acıdərə kanalına birbaşa axıdılması müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış yerində aparılan inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. Müəssisənin nümayəndəsi şifahi olaraq tullantı sularının Acıdərə kanalına axıdıılmasına dair rəsmi icazə sənədinin olmadığını bildirmişdir. Bununlada Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 77-ci, 103-cü maddələrinin “Su təchizatı və tullantı sular haqqında qanun” və ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Həmçinin Azərbaycan Respublikası X5 03 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq sanitariya normaları və qaydalarına və Qida obyektlərinə dair gigiyenə tələblərinə riayət edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X8 Xidməti 2 saylı X6 tərəfindən Şəxs MMC-yə rəsmi qaydada xx.xx.2025-ci il tarixli bildiriş təqdim olunmasına baxmayaraq, sonuncu tərəfindən inzibati xəta haqqında işə baxılarkən nümayəndəsinin iştirakı təmin olunmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz halı, yəni tərəflərin mübahisələndirmədikləri hal ondan ibarətdir ki, həqiqətən də Şəxs MMC-yə aid müəssisədən Acı Dərə kanalına arx vasitəsi ilə su axıdılır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, protokol tərtib etmiş orqanın nümayəndəsi həmin suyun çirkli olmasını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi isə axıdılan suyun çirkli olmadığını, norma daxilində olmasını bildirmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni yaranan istehsalat və tullantı sularının təmizlənmədən birbaşa “Acı Dərəsi” kanalına axıdılması iş materialında olan aktlar, protokol, foto şəkillər, hesabat və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8000 (səkkiz min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1911/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1911/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver