Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1913/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində inzibati xəta haqqında 27 may 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən "xxxx" MMC-nin işçiləri istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” alt sisteminin müqayisəli təhlilləri nəticəsində müəyyən olunmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə hüquqi şəxs kimi "xxxx" MMC barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X3 bildirdi ki, "xxxx" MMC işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi üçün barəsində protokol tərtib edilmişdir. Lakin protokol tərtib edildikdən sonra məlum olmuşdur ki, həmin hüquqi şəxsin sığorta şirkəti ilə müqaviləsi olmuşdur. Ona görə də bu sənədlər təqdim edildikdən sonra tərəflərindən "xxxx" MMC-nin direktoru X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata 7 iyun 2022-ci il tarixli qərarla xitam verilmişdir. Həmin ərəfədə isə hazırki inzibati xəta haqqında protokol artıq məhkəməyə göndərilmişdir. Odur ki, hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin 27 may 2022-ci il tarixli, MN ******* saylı protokolu ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X1 məhkəmədə verdiyi izahatından görünür ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə də icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1913/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1913/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver