Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1915/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X6 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Gürcüstan Respublikası, Dumanis rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Sumqayıt şəhəri, Saray qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X7 tərəfindən 10 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Toyota Prius (hibirid) minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində 1981-ci il təvəllüdlü X1 yüngül zərərvuran xəsarətlər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 11 avqust 2023-cü il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis kapitanı X7 məhkəmə iclasında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:50-də Gürcüstan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsi olmadan müqavilə əsasında müvəqqəti icarəyə götürdüyü və idarə etdiyi Toyota Pirus markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, M.Əsədov küçəsində yerləşən avtomobillərin hərəkət yolu ilə həmin küçənin Niyazi küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olduğu zaman, yol hərəkəti və istismarı qaydalarını pozmaqla qarşısında yolun sağ kənarından digər tərəfinə yolu keçmək istəyən piyada X3 avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla zərərçəkən R.Balayevanın sağlamlığına yüngül zərərvuran xəsarətlər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023- cü il tarixdə saat 15:50 radələrində "xxxx" MMC-dən etibarnamə əsasında götürdüyü və idarə etdiyi **-XP-*** dövlət qeydiyyat nişanlı Toyota Pirus markalı avtomobillə Sumqayıt şəhəri, M.Əsədov küçəsi ilə yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəktdə olduğu zaman, «Ən Ucuz» marketə təxminən 6- 7 metr məsafə qalmış yolun sağ kənar hissəsindən digər tərəfinə yolu keçmək istəyən piyada qadın qəflətən qarşısına çıxmış, o tormoz əyləcinə təzyiq edib maşının sürətini azaltmış və qəzadan yayınmaq üçün siqnal edib maşını sağa doğru yayındırmışdır. Həmin an piyada maşının qabaq sol hissəsinə dəymiş, zərbənin təsirindən piyada yerə yıxılmışdır. Həmin vaxt maşını tam saxlayıb həmin qadına yardımlar göstərmiş və sonuncunu öz maşını ilə xəstəxanaya çatdırmış, tibbi müayinələrdən keçirmişdir. Ona 500 manat həkim xərci vermişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan Baş Dövlə Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydiyyatda olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs sürücülük hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq X3 avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan sonuncunu vurmaqla zərərçəkən şəxsin sağlamlığına yüngül zərərvuran xəsarətlər yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimak Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 500,00 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Zərərşəkmiş şəxs X4 izah olunur ki, vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1915/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1915/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver