Məhkəmə qərarları › İş №3(060)-1916/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1916/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1916/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt şəhər Məhkəməsinin hakimi X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7, 329.3, 333.1 və 511.1.3-cü maddələri ilə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Müəyyən edilmişdir ki, eyni vaxtda baş vermiş hadisəyə görə Şəxs barəsində həm də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və hazırda 3(060)- 1915/2025 nömrə ilə məhkəmənin icraatındadır (hakim Fərid Nəsimiyev). Məhkəmə hesab edir ki, hazırki iş Şəxs barəsində məhkəmənin icraatında olan digər işə birləşdirilməli və bu səbəbdən də hazırki işin baxılmasına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2 və 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə olan hazırki 3(060)-1916/2025 nömrəli iş məhkəmənin icraatında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan digər işə 3(060)-1915/2025 nömrəli işə birləşdirilsin və hazırki işin baxılmasına xitam verilsin. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar