Məhkəmə qərarları › İş №3(060)-1917/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1917/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1917/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 14 aprel 2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Dilqəm Əlfağa oğlu Mütəllimovun Şəxsndə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə, xidmətə cəlb edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 bildirmişdir ki, "Şəxs" MTK tərəfindən inzibati xəta törədilməmişdir və tərtib edilmiş protokol təmamilə əsassızdır. Belə ki, Mütəllimov Dilqəm Əlfağa oğlunun "Şəxs" MTK-da əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi protokolda qeyd olunmuşdur. Bundan başqa Dilqəm Mütəllimovun adına protokola əlavə edilmiş sənədlərdə xxxx MMC-nin Sumqayıt qaçqınları 730 nömrəli buraxılış vəsiqəsi, izahatlar və digər sənədlərdə var. Protokola əlavə edilmiş sənədlərdən və izahatlardan da görünür ki, Mütəllimov Dilqəm Əlfağa oğlu öz izahatlarında X4 və X3 tərəfindən əməyə cəlb edildiklərini qeyd edirlər. Mütəllimov Dilqəm Əlfağa oğlu "Şəxs" MTK-nın inşa etdikləri yaşayış binasında işə cəlb edilməmişdir. Belə olan halda "Şəxs" MTK-ya qarşı protokol tərtib edilməsi heç bir məntiqə və qanunvericiliyin tələblərinə uyğun deyildir. Bildirilir ki, "Şəxs" MTK tərəfindən xxxx MMC-yə göndərilən sorğuya cavab olaraq X4 və X1 xxxx MMC-də işlədikləri barədə rəsmi sənədlər, arayış və müqavilələr təqdim edilmişdir. Qeyd edilən, həmçinin protokola əlavə edilmiş sənədlərdən də görünür ki, Mütəllimov Dilqəm Əlfağa oğlu Sumqayıt stansiya ərazisində məcburi köçkünlər üçün xxxx MMC tərəfindən tikilən binalarda əməyə cəlb edilmişdir. Yuxarıda qeyd etdiyimiz faktlar onu göstərir ki "Şəxs" MTK barəsində tərtib edilmiş protokol əsassızdır. Odur ki "Şəxs" MTK barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, “xxxx” MMC-nin Sumqayıt qaçqınlar tikinti layihəsində Mütəllimov Dilqəm Əlfağa oğlu podrat müqaviləsi əsasında usta kimi fəaliyyət göstərib. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə “xxxx” MMC arasında bağlanmış 15.04.2020-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun “Abşeron” rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binasının tikinti işlərini yerinə yetirməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-nin direktor müavini X3 ilə X4 arasında bağlanmış 27.06.2020-ci il tarixli podrat müqavilədən görünür ki, müqavilənin qüvvədə qüvvədə olduğu müddət ərzində Podratçı Şifarişçinin tapşırıqları əsasında fasadın və bina daxili divarların rənglənməsini öhdəsinə götürmüşdür. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən, yəni "Şəxs" MTK tərəfindən xxxx MMC-yə göndərilən sorğuya cavab olaraq X4 və X1 xxxx MMC-də işlədikləri üçün və qeyd edilən, həmçinin protokola əlavə edilmiş sənədlərdən Mütəllimov Dilqəm Əlfağa oğlu Sumqayıt stansiya ərazisində məcburi köçkünlər üçün xxxx MMC tərəfindən tikilən binalarda əməyə cəlb edildiyindən "Şəxs" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs “Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 14 aprel 2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar