Məhkəmə qərarları › İş №3(060)-192/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-192/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-192/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayənədisi X1 iştirakı ilə xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhəri, Kristal Abşeron yaşayış kompleksində yerləşən “H Beauty Studio” adlı obyektin üzərində ümumi sahəsi 9.97 m2 olan fasad, 4m2 olan ayrıca dayalı reklam qurğuları icarə sənədi olmadan yerləşdirilmiş və yayımlanmaqdadır. Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi (bundan sonra SRRİ) tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs SRRİ-nin nümayənədisi X2 bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli, 1472 nömrəli fərmanı ilə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Reklam-reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin, çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirjiabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəyə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsinə nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-2.2-ci maddəyə görə reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” AR qanunun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. Həmin Qaydanın 3.2-ci bəndinə görə müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. 1.5-ci bəndə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və AR Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1 -ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 3.3-cü bəndə görə reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum poztunların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. 3.7-ci bəndə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əməlləri olduqda isə aidiyyəti ürə məlumat verir. Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları E.Gülmalıyev və M.Şabəddinov tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal MTK yaşayış kompleksində yerləşən və Şəxs fəaliyyət göstərdiyi “Beauty Studio by Hicran xanım” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 9.97 kvadrat metr fasad reklamı yerləşdirilməsi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Beauty Studio by Hicran xanım” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib olunaraq, xx.xx.2023-cü il tarixdə yazılı göstərişlə göndərilmiş və ona icrası məcburi olan Göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün Sumqayıt Regional Reklam İdərəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırmağı tələb olunmuş, lakin, sahibkar buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra, 08 yanvar 2024-cü il tarixli bildirişlə sahibkara barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 15 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal MTK yaşayış kompleksində yerləşən “Beauty Studio by Hicran xanım” sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs (VÖEN **********) barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolun surəti xx.xx.2024-cü il tarixli, 11-3-2/2-014/2024 nömrəli məktubla ünvana göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını, Şəxs vəzifəli şəxs qismində 2000 manat cərimə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Babək Həsənov bildirdi ki, bundan öncə 2022-ci ilin noyabr ayının 11-də Şəxs ilə SRRİ arasında reklam qurğularının yerləşdirilməsi ilə bağlı müqavilə imzalanmış, həmin müqavilənin müddəti 2023-cü ilin may ayının 11-də bitmiş, həmin müqavilə üzrə sonuncu ödəniş 109 manat Şəxs tərəfindən 2023-cü ilin sentyabr ayında ödənilmişdir. Daha sonra yeni müqavilənin bağlanılması ilə əlaqədar dəfələrlə Şəxs yaşadığı və çalışdığı ünvana rəsmi xəbərdarlıq və göstərişlər göndərilsə də sonuncu müqavilənin bağlanması üçün SRRİ-nə gəlməmişdir. Reklamın lövhəsinin ölçüsündən asılı olaraq dövlət rüsumu fərqli olduğundan, sahibkarlarla idarə arasında altı aylıq müddət bağlanır və hər yeni müqavilə üçün yenidən müraciət edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməsi barədə dəfələrlə Şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlanılsa da, sonuncu təkidlə məhkəmə iclaslarında iştirak etməyəcəyini söyləmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır. xx.xx.2023 və xx.xx.2024-cü il tarixli fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən fəaliyyət göstərdiyi obyektin fasadında və yaxınlığında yerləşən ayrıca dayaqlı reklam lövhəsi yerləşdirmişdir. SRRİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2173/2023 nömrəli Şəxs ünvanlanmış Yazılı Göstərişdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal MTK yaşayış ünvanında yerləşən və sonuncuya məxsus “Beauty Studio by Hicran xanım” adlı sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamların yayımın dərhal dayandırılması və “Reklam haqqında” AR Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 (beş) gün müddətində SRRİ-nə müraciət edilməsi tələb edilmişdir. 000431 nömrəli “Xəbərnamə”-dən görünür ki, qeyd olunan “Yazılı Göstəriş” xx.xx.2023-cü il tarixdə alıcı “Muxtarova” tərəfindən qəbul edilmişdir. 20 dekabr 2023-cü il tarixli, 000191 saylı “Akt”dan görünür ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları E.Gülmalıyev və M.Şabəddinov tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal MTK yaşayış kompleksində yerləşən və Şəxs fəaliyyət göstərdiyi “Beauty Studio by Hicran xanım” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 9.97 kvadrat metr fasad reklamı yerləşdirilməsi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Beauty Studio by Hicran xanım” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan Şəxs barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. 08 yanvar 2024-cü il tarixli “Bildiriş”dən görünür ki, sahibkar Şəxs barəsində İXM-nin 428.7ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 15 yanvar 2024-cü il tarixdə, saat 12:00-da Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal MTK yaşayış kompleksində yerləşən “Beauty Studio by Hicran xanım” obyektində olması xahiş olunmuşdur. ADRA icazələr sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Hicran Aruman qızı Muxtarova ilə SRRİ arasında xx.xx.2022-ci il tarixdə 9.97 kvadrat metr fasad reklamı yerləşdirilməsi üçün müqavilə bağlanmış, həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. xx.xx.2023 və xx.xx.2024-cü il tarixli fotoşəkillərdən görünür ki, Şəxs 9.97 kvadrat metr fasad reklamından əlavə 4m2 olan ayrıca dayaqlı reklam lövhəsi də quraşdıraq obyektin yaxılığında yerləşdirmişdir. “Reklam haqqında” AR Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə çıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” AR Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” AR Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur; 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını AR Nazirlər Kabineti müəyyən edir; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Şəxs sahibi olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq SRRİ-nin 25 dekabr 2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən İXM-nin 428.7.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə SRRİ-nin Şəxs rəsmi qaydada göndərilmiş icrası məcburi olan göstərişi o cümlədən xx.xx.2024-cü il tarixli bildirişi ona rəsmi qaydada verilmiş hesab edir. İXM-nin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyat keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1500 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar