Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1920/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs İsgəndərli Rasim İsgəndər oğlunun, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru polis serjantı X1 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.05.2021-ci il tarixli, TP ******* saylı Qərarından İsgəndərli Rasim İsgəndər oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 İsgəndər oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.05.2021-ci il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X4 izahat verərək bildirdi ki, X5 İsgəndər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət yol polisi şöbəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur ona görə ki, o, 13.05.2021-ci il tarixdə saat 15:26 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti ərazisində Mercedes Benz C 180 minik markalı avtomaşınla hərəkət edərkən sərnişin daşıma qaydalarını pozmuşdur. Belə ki, həmin avtomobilin ön oturacağında azyaşlı uşaq oturmuşdur. Odur ki, şikayətin təmin olunmamasını, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs haqqında qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi İsgəndərli Rasim İsgəndər oğlu izahatında göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.05.2021-ci il tarixli, TP ******* saylı Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla razılaşmır. Belə ki, həmin vaxt maşının ön otucağında azyaşlı uşaq oturmamışdır. Barəsində araşdırma aparılmadan cərimə tətbiq edilmişdir. Odur ki, şikayətinin təmin olunmasını və 13.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan İsgəndərli Rasim İsgəndər oğluna təqdim edilmiş 13.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İsgəndərli Rasim İsgəndər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsiilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə inzibati iş üzrə tam, hərtərəfli, obyekiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 sorğu göndərərək 13.05.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 həmin sorğuya 11.06.2021-ci il tarixli 82 saylı cavab məktubundan görünür ki, inzibati xəta ilə bağlı video görüntü və s. dəlil və sübutların saxlanılma müddəti bitdiyi üçün qeyd olunan materialların Məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda vətəndaş qeyd olunan qərarla bağlı Sumqayıt ŞPİ DYPŞ-də olmuş, ona inzibati xəta ilə əlaqədar ətraflı məlumat verilmiş, o qərarla razı olduğunu, cəriməni qısa zaman ərzində ödəyəcəyini, hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.05.2021-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və İsgəndərli Rasim İsgəndər oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, İsgəndərli Rasim İsgəndər oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.05.2021-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İsgəndərli Rasim İsgəndər oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13.05.2021-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1920/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1920/2021
14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver