Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1920/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Bundan başqa inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Materiallara əlavə edilmiş qeyd edilən qərarın məzmunundan görünür ki, Şəxs cinayət əməlinin ifşa olunması məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 15:50-də o, Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən 17 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir, xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilmiş, özü sağ əlində saxladığı yarı hissəsi istifadə edilmiş halda olan bir ədəd kazbek siqaretinə doldurulmuş narkotik vasitə olan qurudulmuş «marixuana»ya bənzər bitki kütləsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir ki, Şəxs üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. Şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 16:45-dən 16:52-dək davam etmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin MEM-dən daxil olmuş 20/672 saylı ekspert rəyinə əsasən vətəndaş Şəxs aşkar olunaraq götürülmüş kazbek siqaretinə doldurulmuş vəziyyətdə olan təmiz ümumi xalis çəkisi 0,60 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu göstərilmişdir. Lakin, hazırki iş materiallarına qeyd edilən sənədlərin heç birinin surəti (şəxsi axtarış keçirilməsi bardə protokol, şəxsi axtarış həyata keçirilən zaman qeydə alınmış video görüntülər, bu barədə protokolun surəti, nə vaxt azad edilməsini təsdiq edən sənədin surəti, Şəxs təhqiqat zamanı verdiyi izahatın surəti) əlavə edilməmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:50-də narkotik vasitələrin istifadəsində şübhəli qismində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlanılmış və THC yoxlama nəticəsində narkotik vasitə olan marixuana istehlakı faktı aşkar edilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, “istehlak” sözü əvəzinə “əldə etmə və üzərində gəzdirmə” sözləri yazılmalı idi. Bundan başqa şəxsi axtarış keçirilməsi barədə protokol, şəxsi axtarış həyata keçirilən zaman qeydə alınmış video görüntülər, xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin MEM-dən daxil olmuş ekspert rəyi və Şəxs təhqiqat zamanı verdiyi izahatı da əhəmiyyətlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən bu namatamamlıqları tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1920/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1920/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver