Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1924/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibi katibliyi, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi R.Hüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsxx.xx.1989-cu ildə Qubadlı rayonu Əbilcə kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 454-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 4-cü X5 Cəlil Əzizağa oğlu barəsində İXM-nin 535.1 və 454-cü maddələri ilə inzibati xətaya dair protokol daxil olmuşdur. 31.05.2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs 31.05.2021ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi Qubadlı marketdə polisin qanuni tələblərinə tabe olmamış, həmçinin küçə ticarəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi R.Hüseynov bildirdi ki, 31.05.2021-ci il tarixdə bölməyə raport daxil olmuşdur. Həmin raporta əsasən radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi Qubadlı marketin qarşısında açıq havada müəyyən olunmamış yerdə su və dondurma soyuducuları qoyaraq küçə ticarəti ilə məşğul olan şəxsə dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Məlum olmuşdur ki, həmin vətəndaş Şəxsdur. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 454-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs bildirdi ki, 2020-ci ilin dekabr ayından Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində Qubadlı marketi icarəyə götürüb işlədir. Obyektin içərisində yer geniş olmadığından su və dondurma aparatını marketin qarşısa qoymuşdur. Bununla bağlı ərazidə xidmət aparan polis əməkdaşları dəfələrlə ona xəbərdarlıq da etmişdir. Lakin buna baxmayaraq o, fəaliyyətini davam etdirmişdir. 31.05.2021-ci il tarixdə yenə polis əməkdaşları ərazidə xidmətdə olarkən marketin qarşısında su və dondurma soyuducularını görüb oraya yaxınlaşıb iradlarını bildirmişdir. O da polisin qanuni tələblərinə tabe olmamış və aidiyyəti üzrə polis bölməsinə aparılmışdır. Hazırda əməlindən səmimi peşmandır. Odur ki barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş Sumqayıt şəhər Pi-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 göstərdi ki, 31.05.2021-ci il tarixdə saat təxminən 12:45 radələrində 9136 çağırışlı avtopatrulda olarkən post yoldaşları polis kiçik serjantı Əlabbasov Cavid, polis kiçik serjantı Ələkbərov Yusif və polis leytenantı Əsgərov Turalla birlikdə xidmətdə olarkən 9143 çağırışlı avtopatrul xidmət apardığı Mübariz İbrahimov küçəsinə çağırmış, onlar da həmin yerə yaxınlaşdıqda orada fəaliyyət göstərən Qubadlı Marketin qarşısında açıq havada müəyyən olunmamış yerdə su və dondurma soyuducularını görmüşlər. Həmin obyekti işlədən şəxsə 2-3 gün əvvəl marketin qarşısındakı soyuducuları aradan qaldırması ilə bağlı ona dəfələrlə deyilməsinə baxmayaraq yenə də fəaliyyətini davam etdirmişdir. Vətəndaş polisin qanuni tələblərinə məhəl qoymadığından onlar da həmin vətəndaşı aidiyyəti üzrə polis bölməsinə aparmışlar. Şəxs polis bölməsinə dəvət edilən zaman etiraz etməmiş, öz iradəsi ilə avtopatrula əyləşmişdir. Məlum olmuşdur ki, həmin şəxs vətəndaş Şəxsdur. Məhkəmədə şahid qismində izahat vermiş polis kiçik-serjantı X1 və polis leytenantı X7 da şahid X2 izahatını təsdiq edərək sonuncunun izahatı ilə oxşar məzmunlu izahatlar vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri, müdafiəçini, dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1 və 454-cü maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki Məhkəmə hesab edir ki, Şəxs küçə ticarətinin yığışdırılması ilə bağlı polisin qanuni tələblərinə əməl etməməsi İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi və daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində, yəni AR İXM-in 535.1-ci maddəsi ilə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1924/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1924/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver