Məhkəmə qərarları › İş №3(060)-1929/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1929/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1929/2025 15.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Elektrikqurşadırma Müəssisəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Elektrikqurşadırma Müəssisəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, X3 yanı, ev X3 Qərbi-də olan hüquqi şəxs Elektrikqurşadırma Müəssisəsinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 30 iyul 2025-ci il tarixli, EP0257132 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmədə varəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Elektrikqurşadırma Müəssisəsinin nümayəndəsi X2 bildirdi ki, hazırda onların malları 21839 ABŞ dollarından artıq malları gəlmişdir. Texniki problemlər səbəbindən vaxtında sənədləri göndərə bilməmişdir. Hazırda gömrük bəyannamələrinin bağlanması ilə bağlı "xxxx" ASC-nin məktubuda vardır. Hazırda hesab edir ki, iş üzrə inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 iyul 2025-ci il tarixli, EP0257132 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Elektrikqurşadırma Müəssisəsinin tərəfindən 197056 ABŞ dolları məbləğində vəsait 18 iyul 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 21839 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 19 iyul 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında, yəni Sumqayıt şəhəri, X3 yanı, ev X3 Qərbi ünvanında baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 20098 saylı məktubdan görünür ki, Elektrikqurşadırma Müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixində “X5 Co, LTD” şirkətinin xeyrinə ödənilmiş 197056 ABŞ dolları avans ödənişi müvafiq gömrük bəyannamələri ilə bağlanılmışdır. **********1757 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 8923 ABŞ dolları; **********1775 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 17025 ABŞ dolları; **********1791 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 17278 ABŞ dolları; **********1816 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 19190 ABŞ dolları; **********1847 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 19150 ABŞ dolları, **********1867 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 18715 ABŞ dolları, **********1890 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 12539 ABŞ dolları, **********1917 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 18730 ABŞ dolları, **********7364 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 22057 ABŞ dolları, **********7471 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 21610 ABŞ dolları və **********6359 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 20480 ABŞ dolları, Beləliklə müəyyən edilmişdir ki, Elektrikqurşadırma Müəssisəsi tərəfindən ölkə xaricinə xx.xx.2023-cü il tarixində “X5 Co, LTD” şirkətinin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar ölkəyə idxal edilmişdir. Bu hal müvafiq gömrük bəyannamələri və "xxxx" ASC tərəfindən verilmiş məktubla da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Elektrikqurşadırma Müəssisəsi hərəkətlərində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Elektrikqurşadırma Müəssisəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Elektrikqurşadırma Müəssisəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar