Məhkəmə qərarları › İş №3(060)-1930/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1930/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1930/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 25 may 2021-ci il tarixli, 00700-0091/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 41, ev 1B, mənzil 46 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.1 və 496.1-ci maddələrinə əsasən 25 may 2021-ci il tarixli 00700-0091/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********1) Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 06.04.2021-ci il tarixli 34/012/000980 nömrəli raportunda Şəxs MMC-nin ünvanına daxil olmuş və Sumqayıt Baş Gömrük İdarəsində **********8373, **********6702, **********5948, **********0863, **********6969, **********3359, **********1863, **********0999, **********4274, Ə**********725, **********2897, **********1786 sorğu nömrəli GB-i ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmiş yükünün saxlancda qalma müddəti basa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və va gömrük anbarında yerləşdirilməmişdir. Belə ki, raportda qeyd olunan yükün saxlancda qalma müddətinin bitdiyi qeyd edilmişdir. Faktla əlaqədar Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində 09.04.2021-ci il tarixdə 00700-0091/21 saylı inzibati xəta haqqında is üzrə icraat başlanılmışdır. Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirdiyi ünvanına 10.10.2018-ci il tarixdən 17.11.2018-ci il tarixədək olan dövr ərzində Çin Xalq Respublikasından “Yastı Prokat” yükü, Polşa Respublikasından “Profillənmiş təbəqələr” yükü, Rusiya Federasiyasından “Armatur” yükü, İran İslam Respublikasından “Dəmirdən və va aşqarlanmamıs poladdan çubuqlar" yükləri ümumilikdə 12 gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri; 2273891,44(iki milyon iki yüz yetmiş üç min səkkiz yüz doxsan bir manat 44 qəpik) manat olan yüklər Sumqayıt Bas Gömrük İdarəsində müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və saxlancda qalma müddətinin basa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və va gömrük anbarında yerləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən tərtib edilmiş 25 may 2021-ci il tarixli 00700-0091/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 01 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 14 iyun 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC **********1 VÖEN əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Şəxs MMC-nin ünvanına 10.10.2018-ci il tarixdən 17.11.2018-ci il tarixədək olan dövr ərzində Cin Xalq Respublikasından “Yastı Prokat” yükü, Polşa Respublikasından “Profillənmis təbəqələr” yükü, Rusiya Federasiyasından “Armatur” yükü, İran İslam Respublikasından “Dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar” yükləri ümumilikdə 12 gömrük bəyannaməsi ilə Sumqayıt Bas Gömrük İdarəsində müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmişdir. İş materiallarında olan Sumqayıt Bas Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 21.04.2021-ci il tarixli, 1500-012/002-24/000412 savlı məktubdan görünür ki, Sumqayıt Bas Gömrük İdarəsində 12 ədəd Gömrük Bəyannamələri ilə müvəqqəti saxlanc gömrük proseduru altında 'rəsmiləşdirilmiş yükünün saxlancda qalma müddəti basa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədiyi və ya gömrük anbarında verləsdirilmədivi üçün yaranmış gömrük borcunun, vergi və rüsumların ödənilməsi üçün Şəxs MMC-nin rəhbərliyinə bildiriş göndərilmişdir. İş materialında olan 07 may 2021-ci il tarixli vəsatətdən görünür ki, Şəxs MMC-nin direktoru X4 qəlib izahat verməsi əhəmiyət kəsb etdiyi üçün araşdırmanın tam əhatəli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə 07 may 2021-ci il taixdə inzibati is üzrə icraatın uzadılması haqqında vəsatət verilmiş və 08 may 2021-ci il tarixdə inzibati xəta haqqında işin 08 iyun 2021-ci il tarixədək uzadılması barədə qərar verilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli izahat verən “Şəxs" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatından görünür ki, 12 ədəd gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair şirkətin SUB-ƏDV hesabına Vergi Xidməti tərəfindən məhdudiyyət qoyulması səbəbindən ödənişləri edə bilmədiklərini və bu səbəbdəndə sözüqüdən malları bu günə qədər saxlancdan çıxarda bilmədiklərini bildirmişdir. Həmçinin X1 malları saxlanca yerləşdirdikdən bir müddət sonra həmin malları bazara çıxararaq satdıqlarını bildirmişdir. Bununla da gömrük nəzarəti altında olan mallar barəsində müəyyən edilmiş sərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılmış və həmin mallar üzərində sərəncam verilmişdir. İş materiallarında olan 25 may 2021-ci il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyat və Təhqiqat bölməsinin təhqiqatçısı gömrük xidmət mayoru, Nümayəndə tərəfindən 25 may 2021-ci il tarixdə Şəxs MMC-nin barəsində İXM-nin 491.1 və 496.1-ci maddələri ilə icraat aparılan 00700-0091/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdırılaraq iş aidiyyəti üzrə baxılması üçün 31 may 2021-ci il tarixli qərardadla baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 10.10.2018-ci il tarixdən 17.11.2018-ci il tarixədək olan dövr ərzində Cin Xalq Respublikasından “Yastı Prokat” yükü, Polşa Respublikasından “Profillənmis təbəqələr” yükü, Rusiya Federasiyasından “Armatur” yükü, İran İslam Respublikasından “Dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar” yükləri ümumilikdə 12 gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsində müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti saxlancda qalma müddətləri başa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləsdirilməməklə İXM-nin 496.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və müvəqqəti saxlancda qalma müddətləri başa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və va gömrük anbarında yerləsdirilməməklə İXM-nin 496.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 2.273.891,44 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 41, ev 1B, mənzil 46 olan Şəxs (VÖEN **********1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (2.273.891,44 manat X 30%), yəni 682.167,4 (altı yüz səksən iki min yüz altmış yeddi manat qırx qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar