Məhkəmə qərarları › İş №3(060)-1931/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1931/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1931/2023 11.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 00700-00166/23, 00700-00167/23, 00700- 00168/23 və 00700-00171/23 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhəri, Kimyaçılar, ev 1, X7 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından Respublikasından 62618475, 62491220, 62617709, 62620588, 62217252, 62385117, 62222955 və 62209747 nömrəli vaqonlarla göndərilmiş “Kaolin adlı müxtəlif qarışıqlardan ibarət mineraloji tərkibə malik susuzlaşdırılmamış kaolin gilləri” yükü xx.xx.2023-cü il tarixli, **********5651, **********5631, **********5724 və **********5599 sorğu nömrəli gömrük bəyannamələri ilə Sumqayıt Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük organlarına elektron formada qısa idxal bəyannamələrinin vaxtında verilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1931/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 00700-00166/23, 00700- 00167/23, 00700-00168/23 və 00700-00171/23 nömrəli inzibati xəta haqqında protokollar birləşdirilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X4 bildirdi ki, Sumqayıt şəhəri, Kimyaçılar, ev 1, X7 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından Respublikasından 62618475, 62491220, 62617709, 62620588, 62217252, 62385117, 62222955 və 62209747 nömrəli vaqonlarla göndərilmiş “Kaolin adlı müxtəlif qarışıqlardan ibarət mineraloji tərkibə malik susuzlaşdırılmamış kaolin gilləri” yükü xx.xx.2023-cü il tarixli, **********5651, **********5631, **********5724 və **********5599 sorğu nömrəli gömrük bəyannamələri ilə Sumqayıt Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük organlarına elektron formada qısa idxal bəyannamələrinin vaxtında verilmədiyi müəyyən edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 00700-00166/23, 00700-00167/23, 00700-00168/23 və 00700-00171/23 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolları müdafiə etdiyini və Şəxs MMC barəsində hər protokol üzrə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində inzibati cərimə olunması barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili X5 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli 00700-00166/23, 00700-00167/23, 00700-00168/23 və 00700- 00171/23 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokollarla razı deyil, həmin protokollara inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, eyni tarixdə bir iş üzrə bir şirkətdən digər şirkətə göndərilmiş mallar üzrə bir neçə inzibati xəta deyil, bir inzibati xəta kimi qiymət verilməlidir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollar üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən hər protokol üzrə 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt şəhəri, Kimyaçılar, ev 1, X7 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00700-00166/23, 00700-00167/23, 00700-00168/23 və 00700-00171/23 nömrəli inzibati xəta haqqında protokollarda göstərilən inzibati xətaları törətdiyinə görə həmin maddə ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən hər bir protokol üzrə ayrılıqda 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 6000 (altı min) manat məbləğində inzibati cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar