Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1931/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu, X2 İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 (iki min) manat cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon 5 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini və qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasında fərqli yanaşma nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibatii xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə baxıla bilər (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarı). Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarı). İş materiallarından görünür ki, X4 şikayət ərizəsi ilə ilk öncə Xaçmaz rayon Məhkəməsinə müraciət etmiş, Xaçmaz rayon Məhkəməsinin 3(067)-917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət verilmə müddətinin ötürülməsi səbəbindən şikayətin icraata qəbulundan imtina edilmiş və şikayət ərizəsi X3 geri qaytarılmışdır. X1 yenidən şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İnzibati materialı nəzərdən keçirib Məhkəmə hesab edir ki, inzibati xətanın baş verdiyi Bakı-Rusiya avtomobil yolunun kənarında “Socar” YDM Xaçmaz rayonu, Xudat şəhərində yerləşir, eyni zamanda inzibati xəta 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aşkar edilmiş, araşdırma aparılmış və həmin orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda isə inzibati material aidiyyatı üzrə baxılması üçün İXM-nin 110.1-ci maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilsin. Hakim: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1931/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1931/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver