Məhkəmə qərarları › İş №3(060)-1935/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1935/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1935/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş X3, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 13.05.2021-ci il tarixdən 14.05.2021-ci il tarixədək olan müddət ərzində X4 məxsus VAZ 2107 markalı avtomobilin açıq vəziyyətdə olan qapısından daxil olaraq 2 ədəd hər biri 150 manat dəyərində olan işlənmiş “Pioneer” markalı səsgücləndirici və 1 ədəd 80 manat dəyərində olan işlənmiş qara rəngli eynəyi oğurlayaraq sonuncuya 380 manat dəyərində ziyan vurmuş, 18.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixədək olan müddət ərzində X2 məxsus VAZ 2107 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin salonunda quraşdırılmış maqnitafonun ön elektron hissəsini oğurlayaraq sonuncuya 40 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş materiallar natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli təqsirli bilərək 13.05.2021-ci və 14.05.2021-ci il tarixlərdə və 18.05.2021-ci və 19.05.2021-ci il tarixlərdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində VAZ 2107 markalı avtomobillərdən 2 ədəd işlənmiş “Pioneer” markalı səsgücləndirici, 1 ədəd işlənmiş qara rəngli eynək və avtomobilin salonunda quraşdırılmış maqnitafonun ön elektron hissəsini götürərək oğurluq etmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X6 bildirdi ki, 13.05.2021-ci il tarixdən 14.05.2021ci il tarixə keçən gecə ona məxsus VAZ 2107 markalı avtomobildən 2 ədəd işlənmiş “Pioneer” markalı səsgücləndirici və 1 ədəd işlənmiş qara rəngli eynək oğurlanaraq ona ziyan vurulmuş və hazırda həmin dəymiş ziyan ödənilməmişdir. Hadisənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən törədilməsinə şübhə yarandığından onun barəsində olan inzibati xəta haqqında protokolun yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X5 bildirdi ki, 18.05.2021-ci il tarixdən 19.05.2021ci il tarixə keçən gecə yaşadığı evin qarşısında ona məxsus VAZ 2107 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildən avtomobilin salonunda quraşdırılmış maqnitafonun ön elektron hissəsini oğurlanaraq ona ziyan vurulmuş və hazırda həmin dəymiş ziyan ödənilməmişdir. Hadisənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən törədilməsinə şübhə yarandığından onun barəsində olan inzibati xəta haqqında protokolun yenidən araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24.05.2021-ci il tarixli qərarlardan görünür ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, 13.05.2021-ci il tarixdən 14.05.2021-ci il tarixə keçən gecə X4 məxsus VAZ 2107 markalı avtomobildən 2 ədəd işlənmiş “Pioneer” markalı səsgücləndirici və 1 ədəd olan işlənmiş qara rəngli eynəyi oğurlamaqla hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından və cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanıla bilməz və həmin fakta görə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24.05.2021-ci il tarixli qərarlardan görünür ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış və araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, 18.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixə keçən gecə yaşadığı evin qarşısında X2 məxsus VAZ 2107 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildən avtomobilin salonunda quraşdırılmış maqnitafonun ön elektron hissəsini oğurlamaqla hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi yarandığından və cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanıla bilməz və həmin fakta görə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi 2-cü Polis Bölməsindən daxil olmuş 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar düzgün tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır. Belə ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş protokollar və digər sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, Şəxs 13.05.2021-ci il tarixdən 14.05.2021-ci il tarixə keçən gecə və 18.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində VAZ 2107 markalı avtomobillərdən oğurluq etdiyini etiraf etsə də, zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrdə avtomobilin Şəxs göstərdiyi ərazidə deyil başqa ərazidə saxlaması müəyyən olunmuşdur. İfadələr arasında ziddiyyətlər olduğu üçün məhkəmə işin düzgün araşdırılmaması qənaitinə gələrək hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar geri qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumun 23.04.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CMnin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li və 02.06.2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardadan şikayət verilə bilməz. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar