Məhkəmə qərarları › İş №3(060)-1936/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1936/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1936/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 15, mənzil 12-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24, mənzil 8/56-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 02.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs qonşusu Muxtarova Nuranəyə fiziki ağrı yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PBnin sahə rəisi Əlcəfər Hacızadə protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, X3 onu döyərək təhqir etməsi barədə 07 may 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ünvanladığı şikayət ərizəsi ilə tanış olmuşdur, Nuranəni uşaqlıqdan tanıyır və qapı qonşusudur. Nuranə onun həyat yoldaşı Vüsalə ilə rəfiqəlik etmiş, lakin Nuranənin hərəkətləri onun xoşuna gəlmədiyinə görə o, Nuranəyə dəfələrlə onların evinə gəlməməsi barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq o, 07.05.2021-ci il tarixdə, təxminən saat 15:30 radələrində evə gələrkən qapını döymüş, həyat yoldaşı Vüsalə qapını gec açdığı üçün yenə də qonşu Nuranənin onlarda olmasından şübhələnmişdir. Evə girdikdə evdən siqaret qoxusu gəlmiş, o, həyat yoldaşı Vüsaləyə bu nə siqaret qoxusudur evdən gəlir soruşmuş, Vüsalə guya onun evdə olarkən çəkdiyi siqaretin qoxusu olduğunu bildirmişdir. O, birbaşa evdəki şifonerin qapısını açdıqda Nuranənin şifonerdə gizləndiyini görüb oradan çıxmasını bildirmiş, əvvəlcə Vüsalədən nə üçün Nuranəni evə buraxdığını soruşduqda həyat yoldaşı ona cavab verə bilməmişdir. Bundan sonra Nuranə evdən çıxıb getmişdir. Ona görə də icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, 07.05.2021-ci il tarixdə, təxminən saat 15:00 radələrində qapı qonşusu və rəfiqəsi X1 evinə getmişdir. Evdə Vüsalə ilə ondan başqa heç kim olmamış, həmin vaxt qapı döyülmüş və Vüsalə ona ərinin gəldiyini deyib şifonerdə gizlənməsini, əks halda onu evə buraxdığı üçün onunla dalaşacağını bildirdiyindən o, şifonerə girib orada gizlənmişdir. Rafael əvvəllər də onlara getməməyi barədə ona bir neçə dəfə xəbərdarlıq etmişdir. Rafael evə girən kimi həyat yoldaşı Vüsaləyə evdən siqaret qoxusu gəldiyini deyib birbaşa onun gizləndiyi paltar şkafının qapısını açmış və onu orada görüb nə üçün onlara gəldiyini, onlara gəlməməsi barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bildirmiş, həmçinin həyat yoldaşı Vüsaləyə də nə üçün onu evə buraxdığını bildirmişdir. Vüsalə isə qorxusundan onun paltar şpilkası almaq üçün gəldiyini demişdir. Bundan sonra Rafael sol əlinin içi ilə bir dəfə sillə onun sol üz nahiyyəsinə zərbə ilə vurub onu təhqir etmişdir. O, üz nahiyyəsindən aldığı sillə nəticəsində heç bir gözlə görünən xəsarət almasa da sillənin yeri qızarmış və bərk ağrımış, bundan sonra o, evdən çıxıb öz evlərinə keçmişdir. Rafael öz evlərində onu sillə ilə vurarkən orada Vüsalə ilə ondan başqa heç kim olmamışdır. Ona görə də, Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 may 2021-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmir. Bununla bağlı iş materiallarında sübut yoxdur. Ona görə də, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnın təqsiri inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. X7 vurması barədə Nuranə Muxtarovanın izahatından başqa heç bir sübut yoxdur. Məhkəmə işin hallarını, Nuranə Muxtarova ilə Şəxs münasibətlərini nəzərə alaraq Nuranə Muxtarovanın izahatını mötəbər sübut kimi qəbul etmir. Şübhələr Şəxs xeyrinə həll edilməlidir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114-115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar