Məhkəmə qərarları › İş №3(060)-1937/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1937/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1937/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində 02 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə tərtib olunmuş MN № ******* №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 02 iyun 2021-ci il tarixdə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 535.1 və 510-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Şəxs 02.06.2021-ci il tarixdə 15:00-da Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərilmişdir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər natamamdır. Belə ki, iş materiallarında olan protokoldan müəyyən olunur ki, protokolda ümumiyyətlə Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan hansı xətanı törətməsinin mahiyyəti qeyd olunmamışdır. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə aid olan sənədlər də natamdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə tərtib olunmuş MN № ******* №li inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər onu tərtib etmiş orqana-Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar