Məhkəmə qərarları › İş №3(060)-1938/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1938/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1938/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X6 katibliyilə, protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə2 və hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin (bundan sonra mətndə Abşeron Xızı regional şöbəsi) baş əmək müfəttişi Nümayəndə1 tərəfindən 10 avqust 2023-cü il tarixdə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 192.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X7, X3, Şahid1 və Şahid3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 15 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında protokola baxılması 30 avqust 2023-cü il tarixə təyin olunmuşdur. 30 avqust 2023-cü il tarixli məhkəmə iclasında müdafiəçi vəsatət ilə müraciət edərək X1, X2, Şahid1 və Şahid3 şahid qsimində məhkəməyə dəvət olunmalarını xahiş etmişdir. Vəsatət təmin olunaraq işin baxılması 06 sentyabr 2022-ci il tarixə təxirə salınmışdır. 30 avqust 2023-cü il tarixli məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişi Nümayəndə1 izahatında göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsindən Abşeron-Xızı regional şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və təqdim olunmuş sənədlərə aidiyyəti üzrə Abşeron-Xızı regional şöbəsində baxılmış və Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq Şahid2, X3, Şahid1 və Şahid3 Həbiz qızı, cəmi 4 (dörd) nəfərin "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. 30 avqust 2023-cü il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin direkrotu Nümayəndə2 inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə X7, X3, Şahid1 və Şahid3 işlə tanış olmaq məqsədi ilə MMC-də köhnə telefon danışıqlarını dinləyib, yəni sifarişlərin necə qəbul edilməsini öyrənən zaman polis əməkdaşları heç bir əsaslı sənəd təqdim etmədən MMC-yə daxil olmuşdurlar. Həmin polis əməkdaşları işlə tanış olan şəxslərə şəxsi iradələri olmadan, yəni polis əməkdaşları öz diktələri ilə onlara izahat yazdırarmışdırlar ki, guya onlar MMC-nin işçiləridir və müxtəlif vəzifələrdə çalışırlar. Halbu ki, həmin şəxslər işi mənimsəmə məqsədi ilə hər gün 1 saatlıq işi öyrənmək məqəsdi ilə keçmiş sifarişlərin hansı formada qəbul edilməsini öyrənmək məqəsdilə danışıqları dinləyiblər. Lakin həmin şəxslər hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməmişdirlər. Hal-hazırda Şahid1 və Şahid3 Həbiz qızı "xxxx" MMCdə operator vəzifəsində əmək müqaviləsi ilə işləyirlər. Polis əməkdaşları gələn gün ofisdə "xxxx" MMC-nin rəsmi işçisi olmamışdır. Çünki onların rəsmi işçiləri mövsümü olaraq işləyirdilər. Buna görə də işçi axtarırdılar ki, işi yaxşı mənimsəyən şəxsi işə götürsünlər. Qeyd olunanlarla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. 06 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, o, ünvan 1 ünvanında "xxxx" MMC-yə işləmək məqsədi ilə müraciət etmiş, o işlə tanış olması üçün köhnə telefon danışıqlarını dinləyərək sifarişlərin necə qəbul edilməsini öyrənən zaman polis əməkdaşları MMC-nin ofisinə daxil olmuşlar. Polis əməkdaşları ilk olaraq ondan neçə müddət MMC-də işlədiyini soruşduqda cavab olaraq iki gündür işlərlə tanış olduğunu bildirmişdir. Daha sonra ondan və digər işlə tanış olan şəxslərdən izahatları alınmış, izahatında o, xx.xx.2023-cü il tarixdə operator vəzifəsində işlədiyini və Tahir müəllim ona hər ay 350,00 manat əmək haqqı verdiyini qeyd edilmişdir, çünki o həmin izahatı polis əməkdaşının diktəsi ilə yazmışdır. Hal bu ki, o həmin an MMC-də hər hansı rəsmi işlə məşğul olmamışdır. 06 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında digər şahidlər Şahid3 və Şahid1 şahid X2 izahatına uyğun izahat verdilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun, onun nümayəndəsi və müdafiəçisinin, şahidlərin və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" MMCnin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdəki sənədlərlə sübuta yetirilir və "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan 3-13-58/2-33796 №-li, xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər Polis İdarəsindən X9 xidmətinin Sumqayıt Regional Ərazi şöbəsinin rəisinə ünvanlanmış məktubdan görünür ki, Sumqayıt şəhər ərazisində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqların əməyinin istismarının qarşısının alınması məqsədilə Sumqayıt ŞPİ-nin X5 Profilaktiki işin təşkil Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində yoxlamalar keçirilmişdir. Keçirilmiş yoxlama zamanı ünvan 4 ünvanında yaşayan, xx.xx.1997-ci il təvəllüdlü X1 (AA 4707576), Sumqayıt şəhəri X12 120 ünvanında qeydiyyatda olan, xx.xx.1997-ci il təvəllüdlü X4 (AA 4545936), Sumqayıt şəhəri 26-cı məhəllə, bina 42/72, mənzil 41-də qeydiyyatda olan, xx.xx.2000-ci ii təvəllüdlü Şahid1 (AZE ********), Sumqayıt şəhəri 26-cı məhəllə, bina 42/72, mənzil 41-də qeydiyyatda olan, xx.xx.1993-ci il təvəllüdlü Şahid3 (AZE ********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən, Sumqayıt şəhər 17-ci məhəllə ərazisində yerləşən, 208 nömrəli binanın 2-ci mərtəbəsi, mənzil 6-da fəaliyyət göstərən "xxxx" *1050 nömrəli taksi şirkətinin ofisində, "xxxx" MMC-nin direktoru Nümayəndə2 (AZE ********) oğlu tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmişdir. Nümayəndə2 barəsində görülmüş tədbirin nəticəsi barədə Suqmayıt şəhər Polis İdarəsinə məlumat verməsi xahiş edilmişdir. İş materialında olan "xxxx" MMC-nin direktoru Nümayəndə2 izahatından görünür ki, xx.xx.2023-ci il tarixdə Sumqayıt ŞPİ-nin polis əməkdaşları rəhbəri olduğu cəmiyyətə gəlmişlər. Yoxlanılan zaman həmin vaxt operator otağında olan 4 işçinin heç birində əmək müqaviləsi olmadığı məlum olmuşdur. Ondan hansı səbəbdən onlarla əmək müqaviləsi bağlanmadığını soruşulduqda isə həmin 4 nəfər xanımın stajor müddətində olduğu üçün onlarla əmək müqaviləsinin bağlanmadığı, sınaq müddətindən sonra, işi öyrənəcəkləri halda onlarla əmək müqaviləsinin bağlanacağını bildirmişdir. İş materialında olan X1 izahatından görünür ki, o, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən operator vəzifəsində işləyir, onu işə Tahir adlı şəxs qəbul etmiş və aylıq 350,00 manat maaş qarşılığında işə başlamışdır. İş materialında olan X2 izahatından görünür ki, o, "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən operator vəzifəsində işləyir, onu işə Tahir adlı şəxs qəbul etmiş və aylıq 350,00 manat maaş qarşılığında işə başlamışdır. İş materialında olan Şahid1 izahatından görünür ki, o, "xxxx" MMC-də xx.xx.2023cü il tarixdən operator vəzifəsində işləyir, onu işə Tahir adlı şəxs qəbul etmiş və aylıq 350,00 manat maaş qarşılığında işə başlamışdır. İş materialında olan Şahid3 izahatından görünür ki, o, "xxxx" MMC-də xx.xx.2023cü il tarixdən operator vəzifəsində işləyir, onu işə Tahir adlı şəxs qəbul etmiş və aylıq 350,00 manat maaş qarşılığında işə başlamışdır. İş materialında olan Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 02 avqust 2023-cü il tarixli 3-17-5/2-28705/2023 №-li bildrişdən görünür ki, Sumqayıt şəhər Polis İdarəsindən Abşeron-Xızı regional şöbəsinə daxil olmuş 3-13-58/2- 33796 nömrəli xx.xx.2023-cü il tarixli məktub və təqdim olunmuş sənədlərə aidiyyəti üzrə Abşeron-Xızı regional şöbəsində baxılmış, Abşeron-Xızı regional şöbəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə 10 avqust 2023-cü il tarixdə saat 10:00-da Abşeron-Xızı regional şöbəsinə dəvət olunmaları qeyd olunmuşdur. İş materialında olan Abşeron-Xızı regional şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 10 avqust 2023-cü il tarixli 3-17-5/2-29746/2023 №-li bildrişdən görünür ki, Sumqayıt şəhər Polis İdarəsindən Abşeron-Xızı regional şöbəsinə daxil olmuş 3-13-58/2- 33796 nömrəli xx.xx.2023-cü il tarixli məktub və təqdim olunmuş sənədlərə aidiyyəti üzrə X9 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq Şahid2, X3, Şahid1 və Şahid3 Həbiz qızı, cəmi 4 (dörd) nəfərin '‘Alo Taxı” MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi "xxxx" MMC İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol və İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərardad “Alo Taxı" MMC-yə göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7, X3, Şahid1 və Şahid3 əmək müqaviləsi olmadan cəmiyyətin iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhz Sumqayıt ŞPİ-nin X5 Profilaktiki işin təşkil Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixində Şahid2, X3, Şahid1 və Şahid3 Həbiz qızı, cəmi 4 (dörd) nəfərin '‘Alo Taxı” MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunduqdan sonra "xxxx" MMC ilə Şahid1 və Şahid3 Həbiz qızı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin bağlanması MMCnin işçini əmək müqaviləsi bağlamadan içə cəlb etməsinin sübutudur. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Abşeron Xızı regional şöbəsi "xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarına tənqidi yanaşaraq qeyd edir ki, həmin şəxslərdən ikisinin hazırda MMC-də rəsmi əmək müqaviləsi ilə işləməsi, həmçinin polisə isti izlərlə izahat vermələri, izahat verdikdən xeyli müddət keçdikdən sonra izahatlarını dəyişmələri işlədikləri MMC-ni inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Buna görə də, məhkəmə qeyd edilən şahidlərin məhkəmə iclasındakı izahatlarını "xxxx" MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirsiz olmasının sübutu kimi qəbul etmir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 18, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 7əmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20.000,00 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar