Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1942/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 bildirdi ki, onun barəsində Sumqayıt şəhər X6 Şöbəsinin əməkdaşı kiçik serjant X3 tərəfindən 15 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokol əsasında isə eyni tarixli, TP ******* saylı qərar tərtib olumuş və həmin qərara əsasən əsassız olaraq o 60 manat cərimə olunmuşdur. O “BOLT” şirkətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən iki xanım müştərini Novxanı çimərliyinə gətirmiş, Novxanıda yerləşən “Aqua Park” İstirahət mərkəzinin yaxınlığında olan dairəyə daxil olmuş və Sumqayıt istiqamətinə getməli olmuşdur. O Bakıdan gələrkən həmin dairəyə daxil olmamış yerdə yol ver nişanı olduğu üçün saxlamış və yol boş olduğu üçün dairəyə daxil olub artıq Sumqayıt tərəfə dönmək üzrə olanda DYP əməkdaşı səsgücləndiricinin köməkliyi ilə ona saxla əmri vermişdir. O da dairəni keçib saxlamışdır. Əməkdaş ona yaxınlaşıb, qanunu pozduğunu bildirmiş və onu da qeyd etmişdir ki, guya hansısa maşına yol vermədən dairəyə daxil olmaqla qəza şəraiti yaratmışdır. O ona belə bir halın olmadığını bildirsə də, o israrla öz fikrindən dönməmiş, o da məcbur qalıb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuşdur. Qeyd olunanlarla bağlı DYP əməkdaşları xx.xx.2022-ci il tarixdə qeyri iş günündə onu Sumqayıt şəhər X6 Şöbəsinə çağırmışlar və həmin hadisənin video görüntüsünü ona göstərmişlər. Videodan da açıq şəkildə görünür ki, o dairəyə daxil olmamış saxlamış və yol boş olduğu üçün sürüb getmişdir. Hesab edir ki, həmin qərar həm əsassız, həm də qanunsuzdur. Belə ki, hadisənin video görüntüsünün olması həmin qərarın əsassız olmasını təsdiq edir. Məhkəmənin nəzərinə çatdırır ki, o dairəyə daxil olmamış, yerdəki yol ver işarəsinə əməl etməklə və yolun boş olduğunu görüb keçməklə heç bir yol hərəkəti qaydasını pozmamışdır. O dairəyə daxil olduqdan sonra hansısa maşın dairəyə daxil olubsa bu artıq onun hərəkətindən sonra baş vermişdir, bu da ondan sonra gələn maşın üçün məsuliyyət yarada bilərdi. Hesab edir ki, inzibati xəta olmadığına görə inzibati məsuliyyət də yoxdur. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər X6 Şöbəsi bildiriş göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışında nümayəndəsinin iştirakını və X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin Sumqayıt şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1942/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1942/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver