Məhkəmə qərarları › İş №3(060)-1942/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1942/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1942/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonu, Hacıqayıb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Qubadlı rayonu, Göyyal kəndində qeydiyyatda olan və Corat bağları fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X1 Məryəm Tərlan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 05 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə saat 14:06 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Qərb restoranının qarşısında yerləşən kafedə olan mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:06 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Qərb restoranının qarşısında yerləşən kafedə olan mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirsiz bilərək izahatında bildirmişdir ki, hadisə 1 ay yarım əvvəl baş verib. Sevanə adlı qadınla arasında münaqişə yaranmış, Sevanə ona qarşı nalayiq ifadələr işlədərək söyməyə başlamış və münaqişə zamanı o, Sevanənin saçından tutaraq dartmışdır. Bundan başqa şüşə qəndqabını və salfetqabını yerə atmış, lakin Sevanəyə dəydiyini görməmişdir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, həmin yerdə Məryəmdən əvvəl işləyib. Müdiriyyət ona bildirib ki, bundan sonra o nəzarətçi, Məryəm isə mətbəxdə işləyəcək. X6 işləmək istəmədiyini bildirib və ona qarşı nalayiq ifadələr işlədərək söyməyə başlamışdır. Bundan sonra Məryəm onun saçından tutaraq dartmış, ona təpik atmış, şüşə qəndqabını və salfet qabını ona tərəf atmış və o, aldığı zərbədən yerə yıxılmışdır. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:06 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Qərb restoranının qarşısında yerləşən kafedə olan mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 17-ci mkr ərazsində yerləşən xadimə işlədiyi kafedə olduğu zaman Sevgi adlı qadın kafeyə gəldi və bundan sonra kafeni onun işlədəcəyini dedim. O da kafeni tərk etdi. Ona həmin kafedə işləməyə icazəni kafeni işlədən Vaqif verib. Bu səbəbdən Sevgi ilə aralarında mübahisə düşdü. O onun uşaqlarının və anasının ünvanına nalayiq ifadələr işlətdi. O da əsəbiləşdi və taxta qəndqabını Sevgiyə atdım lakin dəymədi, şüşə qəndqabını ona atdı. Sonra o, Sevginin saçından tutub onun saçını yoldu. Onun atdığı şüşə qənqabı yerə dəydi, lakin Sevgi qənqabının sınıq şüşəsini əlinə götürüb sağ qolunu kəsdi. O sadəcə Sevginin saçını yolaraq döymüşdür. Sevgini qoluna xəsarət yetirməmişdir. Onun özünə xəsarət yetirməyini Vaqif gördü. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, o, Şəxs ilə sözügedən kafeni hansısının işlədəcəyi üstündə mübahisə düşmüş, Məryəm Əlləri ilə onun saçından tutaraq yolmuş və bədəninə vurmaqla onu döymüşdür. Həmin vaxt orada olan Vaqif adlı oğlan onları ayırmışdır. O, DİN-in 102 xidmətinə zəng etmişdir. Hadisə zamanı ətrafda kənar şəxslər olmamışdır. Hadisə ilə bağlı aldığı xəsarətlə əlaqədar MTEdən keçmək istəmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 1-ci PB-yə göndərilmişdir. Beləliklə, Şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər sənədlər ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar