Məhkəmə qərarları › İş №3(060)-1943/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1943/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1943/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10001942 nömrəli, xx.xx.2022-ci il tarixli və EQ 10078275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarlarından X3 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10001942 nömrəli, xx.xx.2022-ci il tarixli və EQ 10078275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarlarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə hər protokola görə 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10001942 nömrəli, xx.xx.2022-ci il tarixli və EQ 10078275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarlarından şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 bir ərizədə üç qərardan şikayət vermişdir. Qanunvericiliyin tələbinə görə isə hər qərardan ayrı-ayrı şikayət verilməlidir. Həmcinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərarlar xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərarlar çıxarılmış X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10001942 nömrəli, xx.xx.2022-ci il tarixli və EQ 10078275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarlarından şikayət verərkən Azərbaycan Rerpublikası 109.1.6-cı maddələrinin tələbləri pozularaq, bir şikayət ərizəsində üç qərardan şikayət vermişdir. Qanunvericiliyin tələbinə görə isə hər qərardan ayrı-ayrı şikayət verilməlidir. Həmçinin mübahisələndirilən qərarlar xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlidir. Həmin qərarlardan şikayət vermə müddəti keçdiyi üçün müddətin bərpa edilməsi haqqında vəsatət verilməlidir. Bununla əlaqədar X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10001942 nömrəli, xx.xx.2022-ci il tarixli və EQ 10078275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarlarından verdiyi şikayətə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 10001942 nömrəli, xx.xx.2022-ci il tarixli və EQ 10078275 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarlarından verdiyi şikayət geri qaytarılsın. X2 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar