Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1944/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərardan şikayət vermiş hüquqi şəxs "xxxx" Firmasının direktoru X1 nümayəndəsi Nümayəndə, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Firmasının direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN ******* nömrəli, 31 may 2022-ci il tarixli qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" Firmasının direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan "xxxx" Firmasının direktoru X3 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN ******* nömrəli, 31 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" firmasının direktoru X3 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 31 may 2022-ci il tarixli qərarına əsasən, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş şəxs kimi onun tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin bağlanmaması müəyyən edilmişdir. Həmin qərarı qanunsuz və əssasız hesab edir. xx.xx.2022-ci il tarixdə onunla sığortaçı "xxxx" Sığorta Şirkəti ASC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və müqavilə üzrə bir illik sığorta haqqı ödənilmişdir. Bir illik müddət bitənədək tərəfindən "xxxx" şığorta şirkəti ASC-yə müqavilə üzrə növbəti bir illik ödənişin edilməsi üçün yeni sığorta olunanların müqaviləyə daxil edilməsi barədə müraciət edilmiş, lakin "xxxx" sığorta şirkəti ASC-nin elektron sistemində problem olması səbəbindən yeni sığorta olunan şəxslərin adları sığorta müqaviləsinə daxil edilmədiyindən müqavilə üzrə ödənişin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 18 may 2022-ci il tarixdə göndərilən məktubda 23 may 2022-ci il tarixdə dəvət olunmaları qeyd olunmuşdur. Lakin məktub onlara çatmamış, qəbul edilməmiş və məktub geri göndərilmişdir. 24 may 2022-ci tarixli məktubda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2 maddəsi ilə 24 may 2022-ci il tarixli, MN №1496672 nömrəli və hüquqi şəxs kimi firma barəsində 31 may 2022-ci il tarixli, MN №1064741 nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi və 31 may 2022-ci il tarixdə, saat 12:00-da isə xəta haqqında işə baxılması üçün dəvət olunmuşlar. 31 may 2022-ci il tarixli məktubda isə cərimə olunduqları bildirilmişdir. Məktublar 04 iyun 2022-ci il tarixində hal hazırda müvəqqəti yerləşdikləri ofisdə ona çatmışdır. Firmanın hüquqi ünvanı, ünvan 1 ofisi isə ünvan 2 ünvanında yerləşdiyindən firmaya gələn məktublar qeydiyyatda olan ünvana deyil, firmanın yerləşdiyi ofisə çatdırılır. 2021-ci ilin sentyabroktyabr aylarından ofisdə təmir bərpa işləri başlayıb, hələdə tam yekunlaşmamışdır, ona görədə firma hal hazırda müvəqqəti olaraq ayrı ünvanda yerləşir. Təmir gedən ofisdə isə sadəcə olaraq fəhlələr çalışır. Məktubu aldıqdan sonra nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə gedərək sığorta müqaviləsini təqdim etsə də, qeyd oluna qurum tərəfindən heç bir araşdırma aparılmamış və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməyi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişlər. İş üzrə heç bir araşdırmanın aparılmaması, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu sübut edir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş şəxs kimi onun tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin yenilənməməsi onun günahı üzündən deyil, sığortaçı şirkətin sisteminin işləməməsi səbəbindən baş vermişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş hüquqi şəxs "xxxx" Firmasının direktoru X1 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu, qərarın qanuni olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" Firmasının direktoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə "xxxx" Firmasının direktoru X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2- ci, 192.1 - 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 - 203-cü, 205-1.1-ci, 469.2- ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Firması tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Məhkəmə iclasında nümayəndə qərarı qanunsuz və əssasız hesab edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" Firması ilə sığortaçı "xxxx" sığorta şirkəti ASC arasında İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlandığını və müqavilə üzrə bir illik sığorta haqqı ödənildiyini, bir illik müddət bitənədək tərəfindən "xxxx" sığorta şirkəti ASC-yə müqavilə üzrə növbəti bir illik ödənişin edilməsi üçün yeni sığorta olunanların müqaviləyə daxil edilməsi barədə müraciət edildiyini, lakin "xxxx" sığorta şirkəti ASC-nin elektron sistemində problem olması səbəbindən yeni sığorta olunan şəxslərin adları sığorta müqaviləsinə daxil edilmədiyindən müqavilə üzrə ödənişin edilməsinin mümkün olmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X4 Xidməti "xxxx" Firması və onun direktoru tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" Firması və onun direktoru barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, "xxxx" Firmasının direktoru X1 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Firmasının direktoru X1 şikayəti təmin edilməsin. "xxxx" Firmasının direktoru X1 Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin MN ******* nömrəli, 31 may 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1944/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1944/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver