Məhkəmə qərarları › İş №3(060)-1945/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1945/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1945/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 25 may 2021-ci il tarixli, 00700-0088/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı İmişli rayonu, Sarxanlı kəndi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən 25 may 2021-ci il tarixli 00700-0088/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin 06.04.2021-ci il tarixli 34/012/000979 nömrəli raportunda Şəxs MMC tərəfindən 28.01.2019-cu il tarixli **********0969 sorğu nömrəli GB-i ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş ümumi gömrük dəyəri 356709,57 (üç yüz əlli altı min yeddi yüz doqquz manat əlli yeddi qəpik) manat təşkil edən malların saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmiş və həmçinin sözügedən gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparmış və həmin mallar üzərində sərəncam vermişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs MMC müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirdiyi “Qara metallardan laklanmış və qalvanizə edilmiş yastı prokat” yükünün 28.01.2019-cu il tarixli **********0969 sorğu nömrəli GB-i ilə Çin Xalq Respublikasından daxil olmuş gömrük dəyəri 356709,57 (üç yüz əlli altı min yeddi yüz doqquz manat əlli yeddi qəpik) manat olan “Qara metallardan laklanmış və qalvanizə edilmiş yastı prokat” yükünü müvəqqəti saxlanca götürmüşdür. Bundan əlavə 28.01.2019-cu il tarixli **********0969 sorğu nömrəli GB-i ilə “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və saxlancda qalma müddəti barədə öhdəlik götürülmüş “Qara metallardan laklanmış və qalvanizə edilmiş yastı prokat” yükü saxlanc müddətinin başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir. Həmçinin sözügedən mallar saxlanca yerləşdirdikdən bir müddət sonra həmin malları bazara çıxararaq satmışlar. Bununla da gömrük nəzarəti altında olan mallar barəsində müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparmış və həmin mallar üzərində sərəncam vermişdir. Şəxs MMC barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt Bas Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 21.04.2021-ci il tarixli, 1500-012/002-24/000414 saylı məktubdan görünür ki, Sumqayıt Bas Gömrük İdarəsində Şəxs MMC-yə aid yüklərin müvəqqəti saxlanc gömrük proseduru altında 'rəsmiləşdirilmiş yükün saxlancda qalma müddəti basa çatmasına baxmayaraq sərbəst dövriyyə üçün buraxılış həyata keçirilməmişdir, buna görə də, qısa müddət ərzində yükə aid ödəniləcək vergi və rüsumların ödənilməsinin təmin edilməsi barədə Şəxs MMC-nin rəhbərliyinə xəbərdarlıq edilmişdir. İş materialında olan 06 may 2021-ci il tarixli vəsatətdən görünür ki, Şəxs MMC-nin direktoru X4 və Şəxs MMC-nin etibarnamə əsasında cəmiyyəti təmsil edən X6 qəlib izahat verməsi əhəmiyət kəsb etdiyi üçün araşdırmanın tam əhatəli və obyektiv aparılmasını təmin etmək məqsədi ilə 06 may 2021-ci il taixdə inzibati is üzrə icraatın uzadılması haqqında vəsatət verilmiş və 06 may 2021-ci il tarixdə inzibati xəta haqqında işin 07 iyun 2021-ci il tarixədək uzadılması barədə qərar verilmişdir. İş materiallarında olan 08 may 2021-ci il tarixli izahat verən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatından görünür ki, **********0969 sorğu nömrəli GB-i ilə “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara dair SUB-ƏDV hesabına Vergi Xidməti tərəfindən məhdudiyyət qoyulması səbəbindən ödənişləri edə bilmədiklərini və bu səbəbdəndə sözüqüdən malları bu günə qədər saxlancdan çıxarda bilmədiklərini bildirmişdir. Həmçinin X1 malları saxlanca yerləşdirdikdən bir müddət sonra həmin malları bazara çıxararaq satdıqlarını bildirmişdir. Bununla da gömrük nəzarəti altında olan mallar barəsində müəyyən edilmiş sərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılmış və həmin mallar üzərində sərəncam verilmişdir. İş materiallarında olan 25 may 2021-ci il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi Gömrük Əməliyyat və Təhqiqat bölməsinin rəisi gömrük xidmət polkovnik-leytenantı, Rəşad Cabbarov tərəfindən 25 may 2021-ci il tarixdə Şəxs MMC-nin barəsində İXM-nin 491.1 və 496.1-ci maddələri ilə icraat aparılan 00700-0088/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdırılaraq iş aidiyyəti üzrə baxılması üçün 02 iyun 2021-ci il tarixli qərardadla baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 28.01.2019-cu il tarixli **********0969 sorğu nömrəli GB-i ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş ümumi gömrük dəyəri 356709,57 (üç yüz əlli altı min yeddi yüz doqquz manat əlli yeddi qəpik) manat təşkil edən malların saxlancda qalma müddəti başa çatmasına baxmayaraq başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləsdirilməməklə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı və həmçinin sözügedən gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparmış və həmin mallar üzərində sərəncam verməklə Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-nin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 356709,57 (üç yüz əlli altı min yeddi yüz doqquz manat əlli yeddi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı İmişli rayonu, Sarxanlı kəndi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (356709,57 manat X 30%), yəni 107012,87 (yüz yeddi min on iki manat səksən yeddi qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar