Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1946/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı onu Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsi ilə təqsirli bilərək, xx.xx.2022-ci il tarixli ******* saylı qərarı ilə 1910.88 (bir min doqquz yüz on avro səksən səkkiz sent) Avro cərimə edilmişdir. Həmin qərarla aşağıdakılara əsasən razı deyil və bu qərarı qanunsuz hesab edir. O, Gürcüstan və Çin olmaqla həmin ölkələrdə yerləşən firmalarla aralarında əvvəlcədən illər qabaq bağlanmış müqaviləyə əsasən bank köçürmələri etmişdir. Növbəti ödənişlərdən qabaq, 2020-ci ilin may ayında elektron poçtu xakerlər tərəfindən “sındırlmış”, ona həmin firmaların adından yanlış bank hesabları göndərilmiş və o mübahisə edilən ödənişləri həmin hesablara köçürmüşdür. Bu aşkar edilən kimi o hesabları olan bankın yerli şöbəsinə müraciət etmiş, onlar da öz baş ofislərinə məlumat vermişlər. Həqiqətən də pul köçürmələrinin xakerlərin təqdim etdikləri saxta hesablara keçməsi təsdiq edilmiş və bankdan bu ödənişlərin geri qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Yerli ofis baş ofisə bu barədə bildirsə də, pulları geri qaytarmaq mümkün olmamışdır. Bu zaman hesabı olan bank bu barədə Mərkəzi Banka məlumat verəcəyini bildirmişdir ki, gələcəkdə köçürmələr barədə onun problemləri yaranmasın. Bundan sonra o biznes əlaqələri olan firmalarla yenidən əlaqə yarada bilmiş, elektron poçtunun təhlükəsizliyi üçün tədbirlər görmüş və müqavilə öhdəliklərini yerinə yetirmək üçün həmin ödənişləri yenidən həmin firmalara ödəmiş və mallarını almışdır. xx.xx.2022-ci il tarixdə Mərkəzi Bankdan ona məktub gələrək bildirilmişdir ki, həmin pul köçürmələri üzrə mal gəlməsi 2 il ərzində bəyan edilmədiyinə görə barəsində inzibati protokollar tərtib edilmişdir. O bu hadisə barədə yuxarıda gösətrilənləri yazılı şəkildə Mərkəzi Banka bildirmiş, protokola dair etirazlarına baxmaq üçün Mərkəzi Bank tərəfindən videokonfrans şəklində işə baxılması təyin edilmişdir. O bütün zəruri sənədləri Banka təqdim edərək bildirmişdir ki, bu pul köçürmələri xakerlər vasitəsilə hesabından oğurlanmış, həmin pul köçürmələrini təkrar etmiş, həmin pula görə mallar gəlmiş və bəyan edilmişdir. Həmin videokonfrans şəklində işə baxılmasında hesabının olduğu “Yapikredibank”ın nümayəndəsi də iştirak etmiş, o da bu faktları təsdiq etmiş və həmin vaxtdan mövcud olmuş yazışmalar və tədbirlər haqqında məlumat vermişdir. Bütün bunlara baxmayaraq Mərkəzi Bank onun əməlində inzibati xəta olması nəticəsinə gəlmiş və hazırda mübahisə edilən qərarı qəbul etmişdir. Bu qərarla isə razılaşmır və qanunsuz hesdab edir. Belə ki, onun əməlində inzibati xəta mövcud olmamışdır, onun köçürmələri xakerlər tərəfindən başqa hesaba yönəldilərək talanmış və nəticədə həmin məbləğdə ona maddi ziyan vurulmuşdur. Burda kibercinayət tərkibi var və o bu barədə vaxtında banka məlumat vermiş, onlar da öz xidməti vəzifələrinə görə bu barədə ilk olaraq Mərkəzi Banka və hüquq-mühafizə orqanlarına məlumat verməli idilər. Amma bankın rəhbərliyi bunu etməmişdir ki, bu halda onun əməlində istinad olunan inzibati xəta mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 430.4-cu maddəsinə əsasən avans yolu ilə ödənilmiş yalyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə cərimə edilir. Şəxsi bu maddə ilə cərimə etmək üçün onun göndərdiyi valyuta vəsaitinin müqabilində mallar idxal edilməməlidir və bu əməl düzünə qəsdlə edilməli və vəzifəli şəxs bu hərəkətdə təqsirli olmalıdır. İşin yuxarıda şərh olunan hallarından da görünür ki, həmin vəsait xaker hərəkətləri nəticəsində tamam ayrı bir hesaba yönləndirilərək mənimsənilmiş və o bu barədə hesabı olan bankı xəbərdar etmişdir. Sonradan isə eyni məbləğlər ikinci dəfə əsl hesaba köçürülərək mallar alınmış və idxal edilmişdir. Belə olan təqdirdə görünür ki, onun əməlində istinad edilən inzibati xəta mövcud deyil və bu hallar bəlli olduğu halda Mərkəzi Bankın tərtib etdiyi protokollar və qəbul etdiyi qərarlar qanunsuz olmuşdur. İstinad edilən normaların məzmun və tələblərindən də görünür ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta olmamışdır. Belə ki, hazırkı maddi norma ilə inzibati xətanda təqsirli olmaq üçün həmin valyutaya uyğun malın respublikaya gətirilməməsi və ya valyutanın geri qaytarılmaması birbaşa onun təqsiri ucbatından baş verməlidir. Bu halda isə valyutaya uyğun malın gətirilməməsi və valyutanın geri qaytarılmaması onun təqsiri ucbatından baş verməmiş, həmin valyuta məbləği onun elektron poçtuna xaker müdaxiləsi nəticəsində başqa hesaba yönləndirilmiş, ona qarşı kibercinayət törədilmiş və həmin şəxslər müəyyən edilməmişdir. Belə olduğu halda onu həmin valyutaya görə malın gətirilməməsində və ya valyutanın geri qaytarılmamasında təqsirli bilmək və buna əsasən də inzibati cərimə etmək qanunsuz olmuşdur və Azərbaycan Respublikası İXM-nin ümumi məqsəd və prinsiplərinə ziddir. Çünki Azərbaycan Respublikası İXM tələb edir ki, şəxsin təqsirli bilinməsi üçün inzibati normada nəzərdə tutlan bütün hərəkətlər edilməli və bu hərəkətlərdə şəxs təqsirli olmalı və bu əməllər qəsdən törədilməlidir. Bu gün də həmin pul vəsaitlərini xaker əməliyyatları nəticəsində başqa hesaba yönəldən şəxslərin şəxsiyyəti və həmin valyutanın taleyi müəyyən edilməmiş, hesabı olan banka müraciət etməyinə və onların görmüş olduqları tədbirlərə baxmayaraq həmin valyutanın hesabına geri qaytarılması mümkün olmamışdır. Bu halda da onun hazırkı hadisədə təqsiri təsdiq edilmir, həmin pulların taleyi barədə şübhələr isə bu günə qədər də aradan qaldırıla bilməmiş və belə olan halda bu şübhələr də onun xeyrinə həll edilməlidir. Bu işdə onun təqsirini sübut edən hər hansı bir sübut yoxdur. Pul vəsaitlərinin ölkədən çıxması və geri qayitmaması onun təqsiri ucbatından deyil, xakerlərin kibercinayəti nəticəsində baş vermişdir. Belə olan halda Mərkəzi Bankın onun barəsində tərtib etdiyi protokol və qəbul etdiyi qərar qanunsuz hesab edilməli və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardan biri də inzibati xəta törətməkdə şəxsin təqsiri məsələsidir. Onun isə həmin pul vəsaitlərinin geri qaytarılmamasında təqsiri mövcud deyildir. Çünki həmin pul vəsaitləri xaker hiyləsi nəticəsində onun sərəncamından çıxıb və hazırda pulun taleyi və onu mənimsəmiş şəxslər məlum deyildir və bu halda onun həmin pulları geri qaytartmaq üçün imkanı və sərəncam vermək qüvvəsi yoxdur, pul vəsaitləri belnəlxalq cinayətkarlar tərəfindən mənimsənilmişdir. Belə olan təqdirdə onu bu valyutanı geri qaytarmamağa görə inzibati məsuliyyətə cəlb etmək sadalanmış maddi normaların tələb və məzmunlarına ziddir. Ona görə də bu protokol və qərarlar ləğv edilməlidir. O, hazırkı qərarı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə alaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayətlə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmədə şikayətə baxılarkən məlum olmuşdur ki, o barəsində olan iki qərardan eyni ərizə ilə şikayət vermiş, qanunda isə hər bir qərardan ayrılıqda şikayət verilməsi nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə özünün xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətini geri qaytarmış və öz qərardadında izah etmişdir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə şikayətlə müraciət edə bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadını rəsmi olaraq xx.xx.2022-ci il tarixdə alaraq yenidən məhkəməyə müraciət etmişdir. Yuxarıdakıları nzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilərək inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, X3 avans yolu ilə ödənilmiş yalyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarxli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizi məbləğində, yəni 1910.88 (bir min doqquz yüz on avro səksən səkkiz sent) Avro cərimə edilmişdir. X3 göstördiyi xüsusatlarla bağlı dövlət orqanlarına müraciət etmişdir, əgər onun təqsirsiz olması sübuta yetirilərsə yenidən banka müraciət edə bilər. Amma hal-hazırda yalyuta vəsaitinin respublikadan çıxarılmış, lakin 2 il keçməsinə baxmayaraq mallar idxal edilməmişdir. Buna görə də, X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarxli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizi məbləğində, yəni 1910.88 (bir min doqquz yüz on avro səksən səkkiz sent) Avro cərimə edilmişdir. Bütün bunları nəzərə alaraq X3 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarxli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişirilmədən saxlanılmasını və X1 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP № ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X3 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2022-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş MN № ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizi məbləğində, yəni 1910.88 (bir min doqquz yüz on avro səksən səkkiz sent) Avro cərimə edilmişdir. İş materiallarında olan **********91 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X3 tərəfindən 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro AROMA FRAGRANCES LLC şirkətinə ödənilmişdir. İş materiallarında olan X1 "xxxx" QSC-nin Sumqayıt filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" QSC-nin Sumqayıt filialında X2 məxsus AZ55KABA******************** EUR hesabından AROMA FRAGRANCES LLC şirkətinə 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro xammal alışı üçün internet banking üzərindən vəsait köçürülmüşdür. Qarşı tərəfin hesabı və bank rekvizitləri düzgün göstərilmədiyi üçün pul vəsaitini geri çağırılması xahiş edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin Sumqayıt filialının Baş İdarəyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sahibkar X1 şəxsi mailinə hackerlər tərəfindən müdaxilə edilmişdir. Belə ki, sahibkarın AROMA FRAGRANCES LLC şirkəti tərəfindən şirkətin rekvizitlərinin dəyişdirilməsi üçün əlavə N1 göndərilmişdir. Bu sənəd əsasında sahibkar tərəfindən təqdim edilmiş yeni rekvizitlər qeyd edilmiş ödəniş tapşırığına əsasən ödəniş icra edilmişdir və qarşı tərəfdən vəsaitin alındığı haqda sahibkarın emailinəsorğu gəlmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdən AROMA FRAGRANCES LLC şirkətinə köçürülmüş 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro vəsaitin geri qaytarılması üçün köməklik göstərilməyi xahiş olunmuşdur. İş materiallarında olan X1 Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucova ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sizin 09 iyun 2022-ci il tarixli 01.16-3-2022-7130 saylı məktubunuza cavab olaraq, "X5 Azərbaycan" QSC-dəki bank hesabından 06 may 2020-ci il tarixində 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro məbləğində, həmçinin 04 may 2020-ci il tarixdə 22504.00 (iyirmi iki min beş yüz dörd) USD məbləğində qabaqcadan köçürülmüş ödənişlərin bəyan edilməyən 19108.80 (on doqquz min yüz səkkiz avro səksən sent) Avro və 22504.00 (iyirmi iki min beş yüz dörd) USD hissələri ilə əlaqədar bildirmişdir ki, həmən dövrdə elektron poçtu xakerlər tərəfindən sındırılaraq kontraktlarda mal göndərənlərin adları düzgün olsa da, bank rekvizitləri dəyişdirilmişdir. Bunu vaxtında aşkar edə bilməmiş, ödəniş tapşırıqlarında yanlış bank rekvizitlərini təsdiq etmişdir. Mal göndərənlərin mənşə ölkəsi Gürcüstan və Çin olmağına baxmayaraq vəsait sonradan ona məlum olmuşdur ki, dəyişdirilmiş rekvizitlər üzrə Meksikaya köçürülmüşdür. Nədənsə bu məsələ bank əməkdaşlarında da heç bir şübhə yaratmamışdır. Bunu aşkar edən kimi dərhal banka məktub ünvanlamış, yazılı surətdə pulu geri çağırmağı xahiş etmişdir. "xxxx" Bank QSCdən ona verilən məlumata görə dəfələrlə vasitəçi banka müraciət edilmiş, amma nəticə hasil olmamış və vəsaiti geri qaytara bilməmişlər. İş materiallarında olan X1 Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 beynəlxalq xaker cinayətkar qrupunun internet hücumuna məruz qalaraq külli miqdarda ziyana uğramışdır. Ona görə də, bu hadisə barədə qanuni tədbirlər görülməsini xahiş etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, X3 Azərbaycan Respublikası Mərkəzi Bankı onu Azərbaycan Respublikası İXM-nın 430.4-cü maddəsi ilə təqsirli bilərək, xx.xx.2022-ci il tarixli ******* saylı qərarı ilə 1910.88 (bir min doqquz yüz on avro səksən səkkiz sent) Avro cərimə edilmişdir. 2020-ci ilin may ayında elektron poçtu xakerlər tərəfindən “sındırlmış”, ona həmin firmaların adından yanlış bank hesabları göndərilmiş və o mübahisə edilən ödənişləri həmin hesablara köçürmüşdür. Bu aşkar edilən kimi o hesabları olan bankın yerli şöbəsinə müraciət etmiş, onlar da öz baş ofislərinə məlumat vermişlər. Həqiqətən də pul köçürmələrinin xakerlərin təqdim etdikləri saxta hesablara keçməsi təsdiq edilmiş və bankdan bu ödənişlərin geri qaytarılması üçün tədbirlər görülməsini xahiş etmişdir. Həmçinin o xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək beynəlxalq xaker cinayətkar qrupunun internet hücumuna məruz qalaraq külli miqdarda ziyana uğradığını və ona görə də, bu hadisə barədə qanuni tədbirlər görülməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edildiyindən X3 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1946/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1946/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver