Məhkəmə qərarları › İş №3(060)-1947/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1947/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1947/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC tərəfindən Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsal) monitorinqinin, təsərüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamışdır. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs QSC Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sumqayıt şəhərində dislokasiyasında olan müəssisədir. Şəxs QSC mütəmadi olaraq hər ilin yanvar ayında ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühitin fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı sistemləşdirilməsi barədə 2 TG adlı adlanan ekoloji hesabatları 2022 və 2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir. Həmin hesabatlar hər ilin əvvəli İdarəyə təqdim edilməli və ətraf mühitin çirkləndirilməsinə görə müəssisəyə ödəmə tətbiq edilməlidir. Bununla əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 43/1081 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla Şəxs QSC-yə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 308 saylı saylı "Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları” haqqında Qərarlarına əsasən Respublika ərazizində fəaliyyət göstərən müəssisələr tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına görə hesablanmış ödəniş hər il üçün “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-yə qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs QSC-də kordinator vəzifəsində işləyir. Şəxs QSC ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühitin fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı sistemləşdirilməsi barədə 2 TG adlı adlanan ekoloji hesabatları 2022 və 2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir. Şəxs QSC-nin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 43/1081 nömrəli, xx.xx.2022-ci il tarixli Şəxs QSC-yə ünvanlanan məktubdan görünür ki, Şəxs QSC-yə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (təbiət istifadəçiləri) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətini, ətraf mühitə təsirin uçot və hesabatını aparmağa, monitorinq göstəriciləri barədə hesabatın ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun yerli qurumları) təqdim etmələri bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3-14-43/2- 245/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Şəxs QSC-yə ünvanlanan məktubdan gprünür ki, müəssisənizdə ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantıların uçot hesabatı aparılaraq ödəniş haqlarının ödənilməsi, 2-TG (su təsərrüfatı, hava və təhlükəli tullantı) statistik hesabatlarının razılaşdırılması üçün idarəyə təqdim olunması barədə Sizə xəbərdarlıq məktubu verilməsinə baxmayaraq tərəfinizdən bu istiqamətdə heç bir iş görülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3-14-43/2- 595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Şəxs QSC-yə ünvanlanan məktubdan gprünür ki, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıdılan, yerləşdirilən tullam lain dəqiq uçothesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2 TG-(təhlükəh tullantı) və 2 TG-(su təsərrüfatı) dövlət statistik hesabatları İdarə ilə razılaşdırılmalı, ətraf rnühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş ’’Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları"na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci İl tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla ) dövlət, qeyri-dövlət təşkilatlan, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməlidir. Yuxarıda qeyd olunanlarla əlaqədar İdarə tərəfindənŞəxs QSC-yə Sumqayıt şəhəri ərazisindəki istehsalat sahəsi ilə bağlı axırıncı dəfə 3-14-43/2-245/2023 nömrəli, 16 mart 2023-cü iltarixli xəbərdalıq məktubu göndərilsə də, bu istiqamətdə heç bir iş görülməmiş və məktuba cavab verilməmişdir. Aparılan inzibati araşdırmada iştirak etməsi üçün səlahiyyətli nümayəndənizin şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə 08 avqust 2023cü il tariuxdə saat 10:00-da İdarəyə gəlməsini təmin etməyiniz xahiş olunur. Əks təqdirdə nümayəndənizin iştirakı olmadan inzibati protokol tərtib ediləcəkdir. İş materiallarında olan 80600 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ’’Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları"na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci İl tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla ) dövlət, qeyri-dövlət təşkilatlan, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödənişlərin Şəxs QSC tərəfindən ödənilmədiyi müəyyən olunmuş, araşdırma aparılmış və Şəxs QSC-yə dəfələrlə məktubla müraciət edilməsinə başmayaraq Şəxs QSC nümayndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəxs QSC xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 da Şəxs QSC ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühitin fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı sistemləşdirilməsi barədə 2 TG adlı adlanan ekoloji hesabatları 2022 və 2023-cü illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmədiklərini bildirmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı ərazisi ünvanda qeydiyyatda olan Şəxs QSC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239cu maddəsi təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar