Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-195/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ərazi dairəsi, Minkənd kəndi ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 5-ci PB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Şəxs Sumqayıt şəhəri, Sülh Koroğlu küçəsinin kəsişməsində 2035 çağırışlı YPX avtomaşınında xidmət edən inspektorlara tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Dədə Qorqud restoranının yanında avtomobillə hərəkətdə olan zaman işıqforun qadağanedici işığından keçdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, onun sənədləri yoxlanan zaman sürücülük vəsiqəsi olmadığı müəyyən olunmuş, YPX əməkdaşları avtomobilin duracağa yerləşdirəcəyi barədə ona bildirdikdə o, avtomobilə oturub sürərək qaçmışdır. YPX əməkdaşları onun avtomobilinin arxasınca sürmüşlər, sürücü tabesizlik göstərərək avtomobili saxlamamışdır. Daha sonra avtomobil saxlanılmış və sürücü Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Dədə Qorqud restoranının yanında avtomobillə hərəkətdə olan zaman işıqforun qadağanedici işığından keçdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, onun sənədləri yoxlanan zaman sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuş, YPX əməkdaşlarına avtomobildə ailəsinin olduğunu, kirayədə yaşadığını və maddi vəziyyətinin zəif olduğunu bildirərək YPX əməkdaşlarından ona kömək etmələrini bildirsə də, YPX əməkdaşları ona avtomobilin duracağa yerləşdiriləcəyini demişlər və bu zaman o, avtomobilə oturaraq sürüb həmin ərazidən uzaqlaşmışdır. YPX Əməkdaşları da avtomobilə oturaraq onun arxasınca sürmüşlər və Ceyranbatan ərazisinə çatdıqda onun avtomobilini saxlamışlar. Himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul inspektoru, polis baş serjantı X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Sülh Koroğlu küçəsinin kəsişməsində avtomobillə hərəkətdə olan zaman işıqforun qadağanedici işığından keçdiyi üçün tərəflərindən saxlanılmış, onun sənədləri yoxlanan zaman sürücülük vəsiqəsi olmamış, ona hüquq və vəzifələri izah olunmuş, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinin mümkün olmadığına görə onun avtomobilinin duracağa yerləşdiriləcəyi ona bildirildi. Sürücü avtomobildə ailəsinin olduğunu bildirdikdə ona taksi ilə ailəsini yola salmasını və akt tərtib olunaraq avtomobilin onlara təhvil verilməsi təklif olunan zaman o, avtomobilin üzərindən açarını çıxaraq avtomobili təhvil verməkdən imtina etmişdir. Sonra avtomobilinə əyləşərək həmin ərazini tərk edərək getmişdir. Onlar da öz avtomobillərinə oturaraq onun avtomobilinin arxasınca getmişlər, sürücüyə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tabesizlik göstərərək avtomobili saxlamamış, avtomobillə onun yanına yaxınlaşmaq istəyən zaman isə avtomobilini YPX avtomobilinin üzərinə sürmüş, həmçinin Bakı-Quba yoluna çıxdıqda isə həmin yolda hərəkətin əks istiqamətinə hərəkət edərək digər avtomobillər üçün təhlükə yaratmışdır. Sonradan sürücü Ceyranbatan ərazisində yataqxananın qarşısında saxlanılmış, sürücü qaçmağa cəhd göstərmiş, lakin tərəflərindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə təhvil verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X6 da X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:25 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan hadisəni əks etdirən videogörüntüdən görünür ki, Şəxs YPX əməkdaşları tərəfindən göstərilən qayda pozuntusunu törətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, vəkilin çıxışını və şahidlərin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahidlərin ifadələri və vəkilin çıxışı dinlənilərək məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Şəxs Sumqayıt şəhəri, Sülh Koroğlu küçəsinin kəsişməsində 2035 çağırışlı YPX avtomaşınında xidmət edən inspektorlara tabe olmayaraq Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 16 yanvar 2024-cü il tarixdən, saat 20:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-195/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-195/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver