Məhkəmə qərarları › İş №3(060)-1951/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1951/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1951/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Həmin protokoldan və iş materiallarından görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti ilə hərəkətdə olan zaman Mopedlə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, sonuncunun sürücüsü bədən xəsarəti almışdır. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, özünə məxsus «Volksvaqen Passat» minik marakalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 22 may 2022-ci il tarixdə avtomobili ilə saat 14:00 radələrində Sumqayıt şəhəri, Azərbaycan küçəsi ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə nisbətən sağ tərəfində qarşıda hərəkətdə olan bir Maped qəfil sola dönmə əməliyyatı keçirtmişdir. Həmin Maped eyni zolağın sağından sola istiqamətləndiyindən ara məsafəsi saxlamamağı səbəbindən avtomobilin ön tərəfi ilə mapedə toxunmuşdur. Toqquşma nəticəsində mapedin sürücüsü mapeddən yerə yıxılmışdır. Toqquşmadan sonra isə yol kənarında hərəktsiz dayanmış “KAMAZ” markalı avtmobiiə toxunmaqla dayanmışdır. Ora ətrafdan bir neçə şəxs toplaşmışdır. Maped onunla eyni hərəkət istiqamətində olmuş, lakin hərəkət zolağının sağ tərəfi ilə hərəkət etmişdir. Onun sola dönmə əməliyyatı etməsini təxminən 5-6 metr məsafədən görmüşdür. O mapedi qəfil gördüyündən əyləcdən istifadə etsə də, artıq gec olmuş, lakin avtomobili sola istiqamətləndirmişdir. Bu səbəbdən də avtomobilinin ön tərəfi mapedə toxunandan sonra sol tərəfdə dayanmış “KAMAZ” yük avtomobilinə dəymişdir. Hadisə vaxtı asfalt örtüyü quru hava qaranlıq olmuş, hadisədən əvvəl spirtli içki içməmişdir. Əməlindən peşmandır. İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu və boks idman növü üzrə Azərbaycan Respublikasının idman ustası olduğunu nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 1 NK-491 saylı təhqiqat materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 1437 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs boks idman növü üzrə Azərbaycan Respublikasının idman ustasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəiki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olması və boks idman növü üzrə Azərbaycan Respublikasının idman ustası olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar