Məhkəmə qərarları › İş №3(060)-1952/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1952/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1952/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş protokolun ləğv olunmasına dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022 tarixli, BNA2272705, xx.xx.2022 tarixli, BNA2144248, xx.xx.2022 tarixli BNA2070546, xx.xx.2022 tarixli, BNA2056986, xx.xx.2021 tarixli, BNA1987008, xx.xx.2021 tarixli, BNA1958604, xx.xx.2021 tarixli, BNA1719122, xx.xx.2021 tarixli, BNA 1678123, xx.xx.2021 tarixli, BNA ******* saylı protokolların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X1 müraciəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayət verən şəxs şikayət ərizəsinin “xahiş edirəm” hissəsində barəsində inzibati xəta törətməsi barədə tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şikayət verən şəxs yalnız barəsində inzibati tənbeh tətbiq edilən qərarı mübahisələndirə bilər və hər bir inzibati tənbeh verilməsi haqqında qərar ayrıca mübahisələndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati tənbeh verilməsi haqqında qərarın mübahisələndirilmə müddətini şikayət verən şəxs ötürmüşdür və qanunla nəzərdə tutulmuş vaxtda mübahisələndirilməməsinin səbəbləri barədə məlumat verməmiş, yəni müddətin üzürlü səbəbdən ötürülməsi barədə ərizə təqdim etməmişdir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2022 tarixli, BNA2272705, xx.xx.2022 tarixli, BNA2144248, xx.xx.2022 tarixli BNA2070546, xx.xx.2022 tarixli, BNA2056986, xx.xx.2021 tarixli, BNA1987008, xx.xx.2021 tarixli, BNA1958604, xx.xx.2021 tarixli, BNA1719122, xx.xx.2021 tarixli, BNA 1678123, xx.xx.2021 tarixli, BNA ******* saylı protokolların ləğv edilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar