Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1953/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən 16 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, icra sənədi xx.xx.2012-ci ildə icraata daxil olmuş, lakin 12 il keçməsinə baxmayaraq ödəniş aparılmamışdır. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Əvvəlki məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov çıxış edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 201-ci il tarixli icra sənədi 14 mart 2012-ci ildə icra idarəsinə daxil olmuş, borclu icra idarəsinə dəvət olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. 12 il ərzində hüquqi şəxsə məxsus olan əmlaklarla bağlı tədbir görülmüş və nəticə verməmişdir. Hüquqi şəxsin rəhbəri tərəfindən də icra sənədinin icrası ilə bağlı hər hansı addım atılmamışdır. Tələbkar Zərərçəkmiş şəxs QSC şikayətçidir, pulu tələb edirlər. Buna görə də hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin təkibi vardır. Tələbkarın nümayəndəsi ilə hüquqi şəxsin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Vətəndaşa müraciət olunmuş, lakin iştirak etməmişdir. "xxxx" Firmasının Sumqayıt şəhəri, St.Sumqayıt ünvanında yerləşən daşınmaz əmlakı müəyyən edilmiş, həmin daşınmaz əmlakla bağlı müvafiq məcburi tədbirlər həyata keçirdikləri halda əmlak komitəsindən məlumat verilmişdir ki, həmin əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Buna görə də həmin və ümumilikdə "xxxx" Firmasının əmlakları ilə bağlı tədbir görülməsi mümkün olmamışdır. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkilinin dediklərini təsdiq edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Etiraz ərizəsindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528-ci maddəsinə əsasən Protokol tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət edilmişdir. Aşağıda qeyd edilən əsaslara görə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokol tamamilə əsassızdır və Şəxs tərəfindən inzibati xəta törədilmədiyi üçün barəsində başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, Şəxs icra məmuru tərəfindən Sumqayıt şəhəri üzrə icra idarəsinə nə zaman çağın hbsa təyin edilmiş vaxt İcra İdarəsinə gəlib. Onun barəsində əsassız olaraq İcra məmuru tərəfindən “borclunun axtanlması haqqında” qərar qəbul edilsə də həmin qərarın mövcudluğundan məlumatı olmamışdır. O, barəsində axtarılma haqqında qərarın olduğunu biləndən dərhal sonra xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmiş və icra sənədini könüllü icra etmək məqsədilə köməklik göstərəcəyini bildirmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə o, Bakı şəhəri 24 saylı Vəkil Bürosu ilə hüquqi yardım haqqında müqavilə bağlayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə təkrar olaraq icra məmuru Toğrul Rüstəmova rəsmi ərizə ilə müraciət edərək "xxxx" Firmasının əmlaklarının müəyyən edilib icram həmin əmlaklara yönəldilməsinə etiraz etmədiyini və əmlakların yerinin müəyyən edilməsinə könüllü köməklik edəcəyini bildirmişdir. Lakin, icra sənədini könüllü icra edəcəyini rəsmi bildirməsinə baxmayaraq İcra məmuru - Şəxs barəsində əsassız olaraq Protokol tərtib edib. Lakin, inzibati xəta materiallarından da görünür ki, icra məmuru və tələbkar icra sənədinin könüllü icra edilməsinə maneə yaradır. Həmçinin, məhkəmə iclası zamanı da Şəxs məhkəmə qətnaməsinin icrasından yayınmadığını və icra sənədinin könüllü icra edilməsinə köməklik edəcəyini bildirmişdir. Lakin, icra məmurunun Şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edərkən istinad etdiyi yeganə hal 2Oİ3-cü il tarixli Şəxs imza etdiyini iddia etdiyi İltizamdır. Halbuki, Şəxs 2013-cü ildə iltizam deyil, hətta ağır cinayət törətmiş olsa belə, cinayətə cəlb etmə müddəti ötmüş olardı. Həmçinin, daha əvvəl icra tədbirləri barədə Şəxs bildiriş və məktubların göndərilməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şəxs hal-hazırda da tələbkarın və icra məmurunun bu günədək könüllü icrasına maneə yaratdığı icra sənədini könüllü icra edilməsi üçün köməklik göstərməsini bəyan edir və bu barədə tələbkar "xxxx" Şirkətinə müraciət edib. Odur ki, Şəxs icra sənədinin icrasına könüllü köməklik etməsini, icra məmurunun və tələbkarın qətnamənin könüllü icrasına maneə yaratmasını, həmçinin Şəxs icra sənədinin icra edilməsinə maneə yaratmasını təsdiq edən mötəbər sübutun olmamasını nəzərə alaraq inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs QSC ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən nümayəndənin məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-51/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2004-cü il tarixli 69 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 5.000 ABŞ dolları cərimə faizi, xx.xx.2005-ci il tarixli 94 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 3.000 ABŞ dolları cərimə faizi olmaqla, cəmi 101.547 (yüz bir min beş yüz qırx yeddi) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəmə günü məzənnə qiymətinə manatla miqdarında pul vəsaiti "xxxx" firmasından alınıb “X9” qapalı səhmdar cəmiyyətinə verilməlidir. İddia cavabdeh “Grarit-B” firmasından xx.xx.2004-cü il tarixli 69 saylı maliyyə lizinqi müqaviləsi üzrə cərimə faizi 46.408 ABŞ dolları borc, xx.xx.2005-ci il tarixli 94 saylı maliyyə lizinqi müqaviləsi üzrə cərimə faizi 28.237 ABŞ dolları borcun iddiaçı “X11 QSC-nin xeyrinə tutulması hissələrində təmin edilməmiş, qətnamə qalan hissələrdə - cavabdeh "xxxx" firmasından xx.xx.2004-cü il tarixli 69 saylı maliyyə lizinqi müqaviləsi üzrə 51.468 ABŞ dolları lizinq haqqı, xx.xx.2005ci il tarix i 94 saylı maliyyə lizinqi müqaviləsi üzrə 42.079 ABŞ dolları lizinq haqqı, “X9' QSC-yə məxsus olan 1 ədəd ASP206a-T markalı cilalama avadanlığı və 1 ədəd LFB280 markalı kəsici avadanlığın cavabdeh “Granit~B” firmasından alınaraq iddiaçıya verilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, daşınmaz əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür və üzərində qadağa qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun icraatında olan "xxxx" Firmasının əmlaklarının müəyyən edilib icranı həmin əmlaklara yönəldilməsinə etiraz etmir. Əmlakların yerinin müəyyən edilməsinə kömək etməyə hazırdır. Həmçinin bildirmək istəyir ki, "xxxx" Firması 10 (on) ildən artıq müddətdir ki, fəaliyyətini dayandırmışdır. Hətta onun əmək haqqısı da bu günədək ödənməmişdir. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Rüstəmov Torul tərəfindən barəsində protokol tərtib edilərək məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, icra işinin materialları və protokolla tanış edilməmişdir. İcra işinin materialları ilə tanış olmağı barədə ərizə ilə icra idarəsinə rəsmi müraciət etməyinə baxmayaraq ona şərait yaradılmamışdır. Həmçinin bildirmək istəyir ki, şəxsiyyət vəsiqəsi icra məmuru tərəfindən saxlanıldığı üçün dəftərxanaya təqdim etdiyi ərizə qəbul edilməmiş, ona görə məcbur olub vəkilinin elektron poçtu vasitəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin dəftərxanasının elektron poçtuna göndərilmişdir. Bir daha qeyd edir ki, məhkəmə qətnaməsinin icrasına kömək etməyə hazırdır və qətnamənin icrasından tərəfindən yayınma halı olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, "xxxx" Firmasının rəhbəri Şəxs tərəfindən məhkəmə qətnaməsinin icrasına mane olma, icra sənədinin icrasından yayınma halı öz təsdiqini tapmamış, borclu şəxs tərəfindən icra sənədinin icra olunması istiqamətində könüllü addım atıldığı, lazımi şəraitin yaradıldığı müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 və icra məmurları X3, X4, tələbkarın nümayəndəsi X5, borclunun nümayəndəsi Vəkil iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-51 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanında olmuşlar və borclunun ünvanına baxış keçirilmişdir. Əmlakların çeşidlənməsi (model və markalar üzrə) və ayrılması üçün mütəxəssis ayrılması zərurəti yaranmışdır və bu səbəbdən də icra tədbirinin təxirə salınması qərara alınmışdır. Göründüyü kimi icra sənədinin icrasından yayınma halı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1953/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1953/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver