Məhkəmə qərarları › İş №3(060)-1953/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1953/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1953/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, X2, X9, məhəllə-7, 156/4 ünvanında qeydiyyatda olan və Ceyranbatan bağları fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1419/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 2545/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7560/2023 saylı, 8İ-23289 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi və xx.xx.2022-ci il tarixli 2(060)- 2471/2022 saylı icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2471/2022 saylı icra sənədindən görünür ki, Şəxs ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 718,5 manat əsas borc, 7 manat cərimə borcu olmaqla, cəmi 725,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2545/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Heydər Eldar oğlundan 1472.5 (bir min dörd yüz yetmiş iki manat əlli qəpik) manat əsas, 386.27 (üç yüz səksən altı manat iyirmi yeddi qəpik) manat faiz, 18.45 (on səkkiz manat qırx beş qəpik) manat cərimə, cəmi 1877.22 (bir min səkkiz yüz yetmiş yeddi manat iyirmi iki qəpik) manat borc və ödənilmiş 39.18 (otuz doqquz manat on səkkiz qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7560/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 192 (bir yüz doxsan iki) manat, cərimə borcuna görə 28,80 (iyirmi səkkiz manat, səksən qəpik) manat olmaqla, ümumilikdə 220,80 (iki yüz iyirmi manat, səksən qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “Ferrum-Kapital" QSC-yə verilməlidir. Həmçinin, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə Şəxs vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik) tutulmalıdır. Borclu Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutulmalıdır. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1419/2023 saylı icra vərəqəsindən görünür ki, əsas borc üzrə 3037,22 manat, faiz borcu üzrə 632,11 manat, cərimə üzrə 24,18 manat, 0,26 manat komisyon haqq olmaqla, cəmi 3693 (üç min altı yüz doxsan üç) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul və ödənilmiş 57 (əlli yeddi) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Tərtib olunmuş icra sənədləri Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, borclunun icra sənədlərindən məlumatı olmuş, daha sonra borcludn icra sənədləri üzrə izahatlar alınmışdır. Bundan sonra borclunun olduğu yer müəyyən edilmədiyi üçün barəsində axtarış elan edilmiş və xx.xx.2025-ci ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Lakin borclu borcunu tam şəkildə yox, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Göründüyü kimi, borclu icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməmişdir. Beləliklə, heç bir ödəniş etmədiyinindən borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, fəhlə işləyir və günə 10-15 manat qazanır. İndiyə qədər borcunu ödəyə bilməməsinin səbəbi iş yerindən aldığı pulunu aliment borcuna və övladının xəstəliyilə bağlı müalicəsinə xərcləməsidir. Hal-hazırda məhkəmə iclası zamanı 250 manat ödəniş etmişdir. Qalan borcunu hissə-hissə ödəməsi üçün şərait yaradılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, məhkəmədən borclunun məhkəmə iclası zamanı 250 manat ödəniş etməyini nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixli, 2(060)-1419/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2545/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(060)-7560/2023 saylı, 8İ-23289 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi və xx.xx.2022-ci il tarixli 2(060)-2471/2022 saylı icra vərəqələri “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2471/2022 saylı icra sənədindən görünür ki, Şəxs ********* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 718,5 manat əsas borc, 7 manat cərimə borcu olmaqla, cəmi 725,5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-2471/2024 saylı sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədindən xəbərdardır, icra sənədi üzrə hər ay 50 manat ödəniş edə bilər. İcra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi maddi imkanının olmamasıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2545/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Heydər Eldar oğlundan 1472.5 (bir min dörd yüz yetmiş iki manat əlli qəpik) manat əsas, 386.27 (üç yüz səksən altı manat iyirmi yeddi qəpik) manat faiz, 18.45 (on səkkiz manat qırx beş qəpik) manat cərimə, cəmi 1877.22 (bir min səkkiz yüz yetmiş yeddi manat iyirmi iki qəpik) manat borc və ödənilmiş 39.18 (otuz doqquz manat on səkkiz qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2545/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7560/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs əsas borca görə 192 (bir yüz doxsan iki) manat, cərimə borcuna görə 28,80 (iyirmi səkkiz manat, səksən qəpik) manat olmaqla, ümumilikdə 220,80 (iki yüz iyirmi manat, səksən qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “Ferrum-Kapital" QSC-yə verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7560/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Bank Olmayan Kredı̇ t Təşkı̇ latı Azpul” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin (VÖEN:**********)xeyrinə Sumqayıt şəhəri, X2, X9, məhəllə-7. 156/4 ünvanında qeydiyyatda olan Şəxs (AA*******, xx.xx.2019 - Asan-Sumqayıt; FİN: xxxxxxx; d/t: xx.xx.1996) müddət üçün vaxtında ödənilməmiş 66 manat 80 qəpik (altmış altı manat səksən qəpik) tutulmalıdır. Borclu Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 158İ-23289 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1419/2023 saylı icra vərəqəsindən görünür ki, əsas borc üzrə 3037,22 manat, faiz borcu üzrə 632,11 manat, cərimə üzrə 24,18 manat, 0,26 manat komisyon haqq olmaqla, cəmi 3693 (üç min altı yüz doxsan üç) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul və ödənilmiş 57 (əlli yeddi) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1419/2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023--cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs icra sənədindən xəbərdardır. Bu günədək tam şəkildə tələbi icra etməməyinin səbəbi işlədiyi yerdə aldığı pulunun aliment borcuna ödəməsi və uşağının xəstəliyiylə bağlı müalicəsini qarşılamağı olmuşdur. İş materiallarında olan elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs “eManat” ödəniş sistemi vasitəsilə borcundan 250 manat ödəniş etmişdir Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1419/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2545/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-7560/2023 saylı, 8İ-23289 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi və xx.xx.2022-ci il tarixli 2(060)-2471/2022 saylı icra sənədlərinə əsasən Şəxs 6626.70 ( altı min altı yüz iyirmi altı manat yetmiş qəpik) manat pul tutularaq "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iclası zamanı borcundan 250 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə Şəxs himayəsində 1 azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar