Məhkəmə qərarları › İş №3(060)-1955/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1955/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1955/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsi «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 19 iyul 2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, X1 əmək hüquqlarının pozulması ilə bağlı rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsinə müraciət etmişdir. Daxil olmuş ərizəyə əsasən araşdırma aparılmış, vətəndaşın ərizəsinə rəsmi cavab vermək məqsədi ilə «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə sənədlərin təqdim edilməsi üçün rəsmi məktub göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X1 xx.xx.2022-ci il tarixdə «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə baş aşpaz vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə isə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək müqavilələri yazılı formada bağlanılmış, lakin sistemə daxil edilməmiş və hüquqi qüvvəyə minməmişdir. Bununla da, «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən 19 iyul 2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 233 K nömrəli, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdən «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətində sınaq müddəti 02 (iki) ay olmaqla aşpaz vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan 256 K nömrəli, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən X1 ilə «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İş materiallarında olan 32 nömrəli xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti baş aşpaz vəzifəsinə qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, inzibati xəta tərkibi olduğundan hüquqi şəxs «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan «MARİANA TRENCH ƏYLƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar