Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1958/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 3, otaq 69 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində Zərərçəkmiş şəxs binanın ümumi dəhlizində söyüb təhqir etməklə ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 bildirdi ki, Bölməyə Zərərçəkmiş şəxs Şəxs barəsində şikayəti daxil olmuşdur. O bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində onu binanın ümumi dəhlizində söyüb təhqir etmişdir. Şikayət ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, onlar qonşu olmuşlar və əvvəllər münasibətləri yaxşı olmuşdur. Şəxs Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat məbləğində pul almış və həmin puldan cəmi 500 manat qaytarmışdır. Nəsibə xanım da həmin pulu digər şəxslərdən alaraq Şəxs vermiş, lakin o pulun qalıq hissəsini ona qaytarmamışdır. Şəxs Zərərçəkmiş şəxs mobil telefonuna zənd edib onu təhqir etmişdir. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bilirdi ki, o, valideynlərinin qonşusu Zərərçəkmiş şəxs maddi vəziyyətinin çətin olduğuna görə 8000 (səkkiz min) manat məbləğində pul almışdır. Həmin puldan 500 (beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs qaytarmış, pulun qalan hissəsini isə heç bir yerdə özünə münasib iş tapa bilmədiyi səbəbindən qaytara bilməmişdir. xx.xx.2022-ci il tarixdə o, evdə olarkən Zərərçəkmiş şəxs ilə arasında telefon danışığı zamanı mübahisə yaranmış və Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmişdir. İşlətdiyi ifadələrə görə peşmandır, ondan üzr iştəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə yaşadığı yataqxananın dəhlizində olarkən Şəxs ona zəng edərək anasına nə dediyini deyərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Əvvəllər də Şəxs onu nalayiq ifadələrlə təhqir etmiş, o bununla əlaqədar Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət etdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Şəxs onlara gələrək ona pensiya düzəltməkdə köməklik edə biləcəyini, onunla 44 günlük İİ Qarabağ Müharibəsində iştirak etmiş Elvin Cabbarov adlı şəxsin ona pensiya düzəldəcəyini demiş və Şəxs ona X4 Nazirliyində işlədiyini bildirmişdir. Bu danışıqdan sonra o Şəxs pulu başqa şəxslərdən götürdüyünü və birdən həmin adamın onu aldadaraq pulu qaytarmayacağını bildirdikdə, Şəxs ona and içərək elə hərəkətin olmayacağını demişdir. O da 8000 (səkkiz min) məbləğində pulu Xəyala vermiş və sonradan ondan nə vaxt pensiya kartının ona veriləcəyini soruşduqda isə Xəyal ona fevral ayının 10-15-i arası pensiya kartının ona veriləcəyini bildirmişdir. Fevral ayının 6-da Xəyaldan yenidən pensiya haqqında soruşduqda sənədlərə qol çəkildiyini və 3 gün müddətində pensiya kartının veriləcəyini demişdir. Lakin bir həftə sonra Xəyalgilin evinə gedərək həmin məsələ ilə bağlı məlumat alanda Xəyal ona onunla birlikdə “Beynəlxalq Bank”a getmələrini və onun adına kart açdırmağını və Elvin Cabbarov tərəfindən hər ay 200 (iki yüz) manat məbləğində pul ödəniləcəyini dedikdə o, buna razı olmayaraq etirazını bildirmişdir. Bundan sonra nə vaxt Xəyaldan verdiyi pulu tələb etdikdə Xəyal ona nalayiq ifadələr işlətmiş, böyük qardaşı və anası isə onu hədələmişlər. Şəxs şikayətçidir və onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, yataqxanada qonşu olaraq yaşayırlar. Eyni zamanda yataqxana şəraiti olduğu üçün qonşularla birlikdə ümumi mətbəxtdən istifadə edirlər. xx.xx.2022-ci il tarixdə qonşusu Nəsibəyə borcu olan digər qonşuları Xəyal ona zəng vuraraq heç bir əsas olmadan onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin zaman Nəsibə və o yataqxananın dəhlizində olmuşlar və onun bu ifadələri eşitməsinə səbəb isə Nəsibənin telefonunun mikrafona qoşması olmuşdur. Nəsibənin bu danışıqdan sonra halı pisləşmiş və o ona dərman verərək onu sakitləşdirmişdir. İş materiallarında olan 71190 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs Vətən Müharibəsi veteranıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Fəxri Fərmandan görünür ki, Rüstəmov X3 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun xx.xx.2022-ci il tarixdə saat 09:20 radələrində Zərərçəkmiş şəxs telefon vasitəsi ilə nalayiq ifadələrin işlədilməsi xırda xuliqanlıq hesab edilmir və hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs Vətən Müharibəsi veteranı olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən göstərilən hərəkətlər ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəviz zərər və ay digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1958/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1958/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver