Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1958/2025 16.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Tərəflərin iştirakı olmadan, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan X3 Akif oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Akif oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Həmidov Teymur Akif oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2025-ci il tarixdə saat 09:22-də ona məxsus 77DU893 dövlət nömrə nişanlı Kia Forte markalı avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhər DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı Rufullayev Yaqub Natiq oğlu avtomobilini saxlayaraq xx.xx.2025-ci il tarixə, yəni geri tarixlə İXP ******* nömrəli protokol tərtib etmişdir. Yəni, xx.xx.2025-ci il tarixdə heç bir xəta törədilməmiş, hətta xx.xx.2025-ci il tarixdə saat 09:22-də o, Sumqayıt şəhərində deyil, Bakı şəhərində iş yerində olmuşdur. xx.xx.2025-ci il tarixdə inspektor Y.Rufullayev idarə etdiyi avtomobili saxlayaraq, Sahil-C.Cabbarlı küçələrinin kəsişməsində yol ayrıcını keçmə qaydasını qaydasının pozulduğunu, yəni avtobusa yol vermədən sola döndüyünü əsas gətirərək xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib etmiş, sübut gətirilməsini tələb etdikdə isə “şikayət edərsiz təhlükəsiz şəhər kamerasından görüntülər göstərilər” demişdir. DYPŞ inspektorunda qalan Protokolun nüsxəsində etirazlarını qeyd etmişdir. Bildirir ki, hadisə vaxtı STOP işarəsinin tələbinə əməl edərək, qarşıdan gələn mavi rəngli Nissan markalı avtomobilə yol verdikdən sonra sola dönmüşdür. Həmin vaxtı avtobus Nissan markalı avtomobilin arxasında yox idi. Ola bilsin ki, uzaq məsafədə olmuşdur. Yəni avtobusun hərəkət istiqamətini dəyişmədən və ya hərəkət sürətinə mane olmadan dönüb getmişdir. Geri tarixlə tərtib edilmiş və heç bir pozuntu olmadığı halda sübutsuz tərtib edilmiş protokolun ləğv edilməsi, eləcə də Y.Rufullayev barəsində intizam tənbehi məsələsinə baxılması barədə E-polis mobil tətbiqi üzərindən xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində protokoldan şikayət etmişdir. Lakin müraciəti icraatda ola-ola, araşdırmaya dəvət olunmadan, sübutedici foto və ya kamera görüntüləri ona təqdim olunmadan, asanpay.az saytına sübutedici foto və ya kamera görüntüləri əlavə olunmadan xx.xx.2025-ci il tarixdə qeyd olunan protokol əsasında əsassız “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərar qəbul olunmuşdur. Həmin qərarda da hadisənin baş vermədiyi xx.xx.2025-ci il tarixə istinad olunmuşdur. Daha sonra asanpay.az saytı vasitəsilə qərardan yuxan səlahiyyətli orqana xx.xx.2025-ci il tarixdə şikayət etməyinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi şikayətə baxmaq əvəzinə şikayətini “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qəbul edən Sumqayıt şəhər DYPŞ-nə göndərmişdir. Sonuncu isə mənə xx.xx.2025-ci il tarixdə məktub yazaraq xx.xx.2025-ci il tarixində tərtib edilmiş protokolun düzgün tərtib edildiyi barədə məktub yazmışdır. Halbuki Sumqayıt şəhər DYPŞ yuxarı səlahiyyətli orqan deyildir. Sonuncu dəfə isə tərəfindən xx.xx.2025-ci il tarixdə tərəfindən qeyd olunan qərarla bağlı asanpay.az saytı vasitəsilə yuxarı səlahiyyətli orqana şikayət verilmiş, lakin ona bugünədək hər hansı formada cavab verilməmişdir. Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Həmidov Teymur Akif oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 26 aprel 2025-ci il tarixdə tərtib edilmiş protokol üzrə qəbul olunmuş qərardan şikayətçidir. Birinci məsələ ondan ibarətdir ki, hadisə həftənin altıncı günü, 26 aprel tarixində baş verib. Lakin protokol 25 aprel tarixdə tərtib olunub, ona təqdim olunub. Bu halı şikayətinə əlavə eləmişdir. “Asan Pay”-də də görünür ki, protokolun tərtib edilmə tarixi 26 apreldir, ancaq hadisənin başvermə tarixi 25 aprel tarixində kimi görünür. Yəni, həftənin beşinci gününə hadisənin başvermə tarixi qeyd olunub. O tarixdə də o, ümumiyyətlə Sumqayıt şəhərində olmamışdır. İkinci məsələ də ondan ibarətdir ki, inspektor ona orada yol hərəkətini, yolayrıcını keçmə qaydalarının pozulması bildirmişdir. Ona bildirmişdir ki, onun qarşısında Bulvardan qalxıb Novxanıya dönəndə Novxanıdan gələn nəqliyyat vasitələri artıq yox idi. Üzbəüz də Nissan mikro markalı, mavi rəngdə qadın sürücü olan bir avtomobil var idi. Hətta əli ilə ona işarə eləmişdir ki, o, Bulvar isitqamətində hərəkət etsin, o da bundan sonra dönsün. Qadın sürücü davam elədi və ondan sonra o, tam əmin olduqdan sonra sola, Novxanı yoluna dönmüşdür. Elə ordan radara çatmamış, onunla birlikdə bir dənə də Mercedes Viano və yaxud da tam olaraq bilmədiyi minik markalı bir avtomobili də saxlamışdılar. Dedilər: "Avtobusa yol verməmisiniz." O, dedi ki, niyə gözləməlidir?, yol onundur. Dedilər ki, "Yox, biz təhlükəsiz şəhər kamerasından sizə göstərəcəklər”. Şikayət eləyərsiniz, orada baxarsız. Elə oldu ki, protokoldan həmin gün şikayət elədi. İki ay protokol üzrə qərar çıxarılmadı. 28 iyun tarixində, altıncı gün qərar barədə ona SMS gəldi və dərhal həmin qərarı götürüb Sumqayıt polis şöbəsinə yaxınlaşdı. Orada, səhv eləmirsə, texniki işçisi idi, çünki rütbəli şəxs deyildi. O bildirdi ki: "Siz məhkəməyə müraciət eləyin." O, həmin qərardan yenidən Baş Dövlət Yol Polisi şöbəsinə, Baş Dövlət Yol Polisi İdarəsinə şikayət elədi. Baş Dövlət Yol Polisi İdarəsi şikayətinə özü baxmadı, yenidən Sumqayıt Şəhər Yol Polisi Şöbəsinə yönləndirdi. Sumqayıt Şəhər Yol Polisi Şöbəsi ona belə bir məzmundə məktub yazdı ki, 25-i aprel tarixində tərtib olunmuş protokol düzdür və əməkdaşın ora heç bir nöqsanı yoxdur. Halbuki, yenə də təkrarən bildirir ki, 25 aprel tarixində hadisə baş verməyib. Hadisə 26 aprel tarixində baş verib. Həm sübutun olmaması, həm də geri tarixi ilə hadisənin başvermə tarixindən əvvəlki tarixdə rəsmiləşdirilən protokol üzərində tərtib olunmuş qərardan şikayətçidir. Qərarın ləğv edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt Dövlət Yol Polis Şöbəsi, Yol-Patrul Xidməti, inspektoru, polis baş serjantı Rufullah Yaqub Natiq oğlu izahatında bildirmişdir ki, Qərəzli şəkildə protokol tərtib olunmayıb, sürücü yol hərəkəti haqqında qanunun 76-cı maddəsinin birinci bəndini pozub. Sürücü vaxtında şikayətini vaxtında bildirsəydi, Dövlət Yol Polis Şöbəsinə 20 gün müddətinə dəvət olunardı. Sürücüyə dəfələrlə zəng olunub, lakin sürücüyə zəng çatmayıb. Sonradan sürücü inzibati təcrübə üzrə baş inspekt Elçin Qasımov tərəfindən şöbəyə dəvət olunub. Elçin Qasımov tərəfindən görüntülər təqdim olunubdur. İnzibati Xətalar Məcəlləsində də qeyd olunub ki, Yol Patrul Xidməti inspektoru vizual şəkildə inzibati xətanı aşkarlayıb, hal şahidlərin iştirakı ilə inzibati protokol tərtib edə bilər. İnzibati protokolda hal şahidləri də qeyd olunub. Sürücünün nəzərinə çatdırır ki, patrul maşınında yerləşdirilmiş görüntü kamerası, yol patrul xidməti inspektoru ilə sürücünün ünsiyyət dialoquna aiddir. Patrul maşınında yerləşdirilmiş video cihaz ön istiqamət üzrə çəkiliş edir. O deməkdir ki, sağdan gələn nəqliyyat vasitəsi hər hansısa bir avtoxuliqan hərəkətləri edəcək, onlar ona tədbir görə bilməzlər?. O protokol 5 ay bundan qabaq qeyd alınıbdır. Hal şahidləri də orada iştirak edibdir. Sürücü inzibati protokolun üstündə öz etirazını bildirmişdir. Hadisədən 5 ay keçib o görüntünün qalması mümkün deyildir. Vətəndaş Dövlət Yol Polis Şöbəsinə dəvət olunub. Sürücü rəsmi şəkildə şöbəyə dəvət olunmuşdur. Rəsmi məktubla vətəndaş dəvət olunubdur. Vətəndaş gəlmədiyindən daha sonra qərar qəbul olunub. Sürücünün ünvanına məktub göndərilib və vətəndaş Dövlət Yol Polis şöbəsinə yaxınlaşıb. Vətəndaş özü də etiraf eləyir ki, o Dövlət Yol Polis şöbəsində olub. Protokolun geri tarixə yazılmasına səbəb kimi port kompyuterdə olan mexaniki səhv ilə əlaqədardır. Qurğu internetlə işlədiyindən internet olmadığı zaman protokolda geri tarix qeyd edilib. Hesab edir ki, qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş edir. Sumqayıt Dövlət Yol Polis Şöbəsi, Yol-Patrul Xidməti, inspektoru, polis baş serjantı Rufullah Yaqub Natiq oğlu ona verilmiş suallara cavab olaraq bildirdi ki, tərəfin inzibati icraata dəvət olunması ilə bağlı rəsmi bildiriş var, məhkəmə iclası təxirə salınarsa, növbəti iclasda həmin bildirişi məhkəməyə təqdim edər. Məhkəmə iclası bununla bağlı məhkəmə iclasını təxirə salsa da, sonuncu məhkəmə iclasında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən Həmidov Teymur Akif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir.” Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən foto, videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, lakin sübutlar təqdim edilməməsi səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Həmidov Teymur Akif oğlunun **-DU-*** nömrəli nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması ilə ehtiva olunan hərəkətinin edilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, lazımı qaydada araşdırılma aparılmamış, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin qeyd olunan inzibati xətanı törədib-törətməməsi, həqiqətən də şikayətində irəli sürdüyü arqumentlərin arqumentinin və digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Həmidov Teymur Akif oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Həmidov Teymur Akif oğlunın şikayəti qismən təmin edilsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Dövlət Yol Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1958/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1958/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver