Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1960/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunu sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X1 iştirakı ilə, xx.xx.1970-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayonu Çanaxbulaq kəndində qeydiyyatda olan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 04 iyun 2021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Yardımlı rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2 (038)-471/2017 saylı icra sənədi üzrsüz səbəbdən icra edilmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yardımlı rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2 (038)- 471/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1000 (bir min) ABŞ dolları məbləğində pul, həmin məbləğin qətnamənin icra edildiyi günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borclu şəxs tərəfindən 1700 manat borcundan cəmi 1100 manat ödənilmişdir. İcra sənədi üzrə tələbkar şikayətçi olduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokol tərtib olunmuşdur. Ona görə də Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib edilmiş Şəxs oğlu izahatında bildirdi ki, həqiqətən də Yardımlı rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2 (038)-471/2017 saylı icra sənədinə əsasən ondan 1000 (bir min) ABŞ dolları məbləğində pul, həmin məbləğin qətnamənin icra edildiyi günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Hazırda işsiz olmasına baxmayaraq bu günə qədər borcundan cəmi 1100 manat ödəyə bilmişdir. Hətta pandemiya dövründə də aldığı 190 manatdan da ödəniş etmişdir. Hazırda da 50 manat ödəniş edir. Həmçinin hər ay 50 manat olmaqla, imkanı çatdıqda 100 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş Şəxs tərəfindən 1700 manat borcundan cəmi 1100 manat ödəniş edildiyini və şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmək kimi niyyətinin olmadığını bildirərək onun barəsində barəsində inzibati xətaya dair üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati işin materiallarında olan Yardımlı rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2 (038)-471/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1000 (bir min) ABŞ dolları məbləğində pul, həmin məbləğin qətnamənin icra edildiyi günə olan Azərbaycan manatının məzənnəsi ilə alınaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə borclu şəxsin 04.06.2021-ci il tarixli ərizəsindən görünür ki, hazırda borcundan 50 manat ödəniş edir və hər ay 50 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar şəxsin 04.06.2021-ci il tarixli ərizəsindən görünür ki, borclu şəxs tərəfindən ona ödənilməli olan 1700 manat borcdan cəmi 1100 manat ödənilmişdir. Şikayətçidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu şəxs tərəfindən əvvəlki illərdə də 2019, 2020, 2021-ci il tarixlərdə ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının «İcra haqqında» Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, hazırda Şəxs borcu 550 manat təşkil edir. Beləliklə, Şəxs tərəfindən hazırda və əvvəllər də ödənişlər edilməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1960/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1960/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver