Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1961/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin inzibati xəta haqqında 05 avqust 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Şəxs (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, hüquqi ünvanı Sumqayıt şəhəri “Azərboru” ərazisində torpaq sahəsi olan Şəxs MMC (VÖEN **********) öz veb saytında N20160100 və N20160819 nömrəli əmtəə nişanlarına oxşar olan nişandan qanunsuz istifadə edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 412-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş protokol tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X6 bildirmişdir ki, The Procter and Gamble şirkəti 27 iyun 2024-cü il tarixdə şikayət ərizəsi ilə Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir ki, Şəxs MMC tərəfindən ona məxsus N20160100 və N20160819 qeydiyyat nömrəli əmtəə nişanlarından qanunsuz olaraq istifadə edilmişdir. Şikayət əsasında geniş araşdırma aparılmışdır. Belə ki, ayrıayrılıqda tərəflər dəvət edilmiş, dinlənilmiş, daha sonra tərəflərin görüşü təşkil edilərək barışıq əldə olunması məsələsi müzakirə edilmişdir. Lakin tərəflər arasında barışıq əldə etmək mümkün olmamışdır. Daha sonra Xani MMC-nin Sumqayıt şəhərində yerləşən istehsalat sahəsinə tərəfindən və agentliyin tabeliyində olan mərkəzin ekspertin birgə iştirakı ilə baxış keçirilmişdir. Könüllü şəkildə Şəxs MMC-nin nümayəndələri istehsalat sahəsinə və mövcud olan anbarlara baxış keçirilməsinə icazə vermişlər. Keçirilmiş baxışda həqiqətən də həmin əmtəə nişanına oxşar olan hər hansı qablaşdırma nümunəsinə və ya əmətəə nişanına rast gəlinməmişdir. Amma təqdim edilmiş sübutlarda və agentlik tərəfindən keçirilmiş baxışda da Şəxs MMC-yə məxsus xani-az saytında Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmış iki əmtəə nişanına oxşar olan nişandan daha sonra istifadə olunduğu müəyyən olunmuşdur. İş materiallarında qarşılıqlı fotoşəkillər vardır. Bu barədə agentliyin tabeliyində olan patent və X1 mərkəzi tərəfindən də ətraflı və geniş bir rəy hazırlanmışdır. Həmin rəy əsasında 05 avqust tarixində həmin saytda qanunsuz istifadə edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Protokolda qarşı tərəfin, yəni Şəxs MMC-nin də nümayəndəsinin izahatı alınmışdır və həmin izahatda həmin nişanlardan istifadə etmədiklərini bildirsələr də amma faktiki olaraq saytda olan nümunələrdən oxşar nişanlardan istifadə olunması öz təsdiqini tapmışdır. Buna görə də qeyd olunan faktla bağlı müvafiq olaraq İXM-nin 412-ci maddəsinə əsasən protokol tərtib olunaraq aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir və məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümyəndəsi Vəkil bildirdi ki, qeyd olunan maddənin mahiyyəti ondan ibarətdir ki, vurulmuş ziyanın və çəkilmiş xərclərin əvəzinə görə ziyan tələb oluna bilər, yəni birinci vurulmuş ziyan müəyyən olunmalı, ikinci olaraq müəssisə tərəfindən çəkilmiş xərclərlə bağlı sənəd təqdim etməlidir. Hazırki işdə faktiki olaraq baxış keçirilərkən və ak tərtib olunarkən inzibati xətaya dair hadisədə inzibati xətanın baş verdiyi an müəyyən olunmamışdır. Həmin reklamdan istifadə olunduğu bildirilsə də şəxs reklam nəticəsində gəlir əldə etməmişdir. Şirkət tərəfindən malın satışı həyata keçirildikdə şikayət vermiş şəxsin həmin ziyanı tələb etmək hüququ yaranır. Hazırki işdə satışın həyata keçirilməsi və ya malın idxal, istehsal olunması ilə bağlı sübut yoxdur. Hazırda məhkəmə təcrübəsinə əsasən qeyd olunan maddə ilə məsuliyyət yaranması üçün o, faktiki olaraq maldan yararlanmalıdır. Buna görə də hüquqi şəxs barəsində tərtib edilmiş protokolla razı deyillər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxs “The Procter and Gamble Company” şirkətinin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəməyə vəsatət verərək şirkətə dəymiş ziyanın müəyyənləşdirilməsi, həmçinin qeyd olunan identifikasiya kodları ilə malların satışının olub-olmaması, olduğu halda satışdan əldən olunan gəlirlər barədə məlumatın əldə olunması üçün məhkəmə tərəfindən vergi xidmətinə sorğu göndərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, “XANİ" MMC tərəfindən yuyucu vasitələr üçün istehsal edilən qabın təsviri 'The Procter & Gamble” şirkətinə məxsus “Ağartma üçün preparatlar və yuma üçün digər maddələr: təmizləmə, cilalama, yağsızlaşdırma və abraziv emal üçün preparatlar; sabunlar; qabqacaq üçün yuyucu preparatlar; yağsızlaşdırıcı vasitələr” və 05-ci sinfin “Dezinfeksiyaedici vasitələr; antibakterial vasitələr” əmtəələri üzrə qeydiyyatdan keçirilmiş N2016 0100 qeydiyyat nömrəli təsviri əmtəə nişanı ilə oxşar hesab edilir. İş materiallarında olan Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi X5 və Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinin Əmtəə nişanı. Sənaye nümunəsi və Coğrafi göstəricilərin ekspertizası şöbəsinin Milli əmtəə nişanları və coğrafi göstəricilər sektorunun ekspert-məsləhətçisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Procter and Gamble Company” şirkətinin 2024-cü il 27 iyun tarixili şikayətin araşdırılması üzrə hüquq pozuntusu faktlarını müəyyən etmək məqsədilə 'XANİ MMC-nın faktiki istehsalat ünvanında (ünvan 2in satış üzrə mütəxəssisi Mirzə ilham oğlu Babaşov və XANİ' MMC-nın 'umayəndəsi X2 iştirakı ilə tərəfimizdən 1 (bir) istehsalat sahəsi. 1 ov1 açıq anbar, 2 (iki) qapalı anbara “XANİ " MMC-nın nümayəndələrinin könüllü razılığı ilə vizual rəxış keçirilmişdir. Baxış zaman, qeyd edilən ünvanda fəaliyyət göstərən baxış keçirilmiş m azılərdə şikayətə əlavə edilmiş fotoşəkillərdəkı əmtəə nişanına oxşar olan nişandan istifadə nalına rast gəlinməmişdir. Müxtəlif formalarda olan qablaşdırmaların istehsal edilməsi və saxlanılması müşahidə olunmuşdur. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş elektron qaimə fakturalar üzrə D-1**-ML-*** və D-500 ML-009 adlı qabların (malların) satışı müəyyən edilməmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 412-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 412-ci maddəsinə əsasən özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün vurulmuş ziyan və ya əldə edilmiş gəlir mövcud olmalı, həmin ziyan və yaxud gəlir qeyd olunan əmtəə nişanından istifadə etməklə malların satışının həyata keçirilməsi nəticəsində əldə olunmalıdır. Lakin hazırki iş üzrə hüquqi şəxs tərəfindən ümumiyyətlə qeyd olunan identifikasiya nömrəsi ilə malların satışının həyata keçirilməsi müəyyən edilməmiş və bu barədə sübut təqdim olunmamışdır. Belə olan halda hüquqi şəxs tərəfindən İXM-nin 412-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 412-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt şəhəri “Azərboru” ərazisində torpaq sahəsi ünvanında olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 412-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1961/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1961/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver