Məhkəmə qərarları › İş №3(060)-1962/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1962/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1962/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizəylə məhkəməyə müraciət edərək DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində DİN BDYPİ X2 vasitəsilə inzibati xəta törətdiyi əsas gətirilərək haqqında EQ29348749 nömrəli prrotokol tərtib olunmuşdur.Protokolla tanış olarkən müəyyən etdi ki,protokolun tərtib olunmasına əsas odur ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində saat 18:49 radələrində idarə etdiyi ** NV *** dövlət nömrə nişanlı “MERCEDES BENZ ML 350 MİNİK” markalı avtomobili ilə hərəkət edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması barədə haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, haqqında tərtib olunan protokolla razı deyil. Belə ki, tərtib olunan protokolda sübut kimi təqdim olunmuş foto şəkillərdə onun sola dönərkən dönmə hərəkətini qırıq-qırıq xətlərin müəyyən olunduğu yerdən bir-iki metr öndə etdiyi əks olunmuşdur. Reallıqda isə bu dönmə hərəkətini müəyyən olunmuş yerdən etməyinin üzürlü və qanuni əsasları var. Belə ki,idarə etdiyi avtomobilin qabaritləri kifayət qədər yekədir və həmin dönmə hərəkətini qeyd olunduğu kimi edə bilmə imkanları kifayət qədər azdır. Həmin yerdə aparılan nişanlanma qanunun tələblərinə və yol hərkətinin axını nəzərə alınmadan edilmişdir. Məhkəmədən DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq DİN BDYPİ X2 və X4 məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN BDYPİ X1 və X3 iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 həmin tarixdə “Mercedes Benz ML 350 MİNİK” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yol verdiyi xətaya görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 həmin tarixdə “Mercedes Benz ML 350 MİNİK” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1.3 üfüqi nişanlanma xəttini kəsib keçmiş, yəni sola dönərək yol hərəkəti haqqında qanunun tələblərini pozmuş və bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən də qeyd edilən maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə elektron qərarın qanuniliyi sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X3 verdiyi ərizə təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 ərizəsi təmin edilməsin. DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29348749 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə ərizə verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar