Məhkəmə qərarları › İş №3(060)-1964/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1964/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1964/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qubadlı rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Term” kompaniyasının direktoru, Qubadlı rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, məhəllə 44 ünvanında fəaliyyət göstərən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2022ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-MMT(119)-19/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra etməli öhdəliyi “Term” kompaniyasının direktoru Şəxs üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-MMT(119)- 19/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh “Term” kompaniyasına qarşı “obyektdən istifadəyə maneənin qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-518/2022 nömrəli kommersiya işinə mahiyyəti üzrə baxılanadək müvəqqəti təminat tədbiri olaraq Zərərçəkmiş şəxs istifadəsində olan Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 211,6 kv.metr olan sahibkarlıq obyektinə (mağazaya) elektrik enerjisinin, qazın və su təchizatının verilməsini dayandırmaq və elektrik enerjisinin, qazın və suyun verilməsinə mane olmaq maraqlı şəxs “Term” kompaniyasına qadağan edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar “Term” kompaniyasının direktoru Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq ona bildiriş təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə “Term” kompaniyasının direktoru Şəxs tərəfindən Sumqayıt şəhəri üzrə İcra idarəsinə məktub ünvanlanmış və elektrik enerjisinin bərpa edilməsi onların səlahiyyətlərinə aid olmadığı üçün Zərərçəkmiş şəxs obyekti qanunvericiliyin tələblərinə uyğun olaraq “texniki şərt” alındıqdan sonra "xxxx" ASC-nin əməkdaşları tərəfindən enerji mənbəyinə qoşula biləcəyini göstərərək icra sənədini icra etməkdən boyun qaçırmışdır. Əvvəl də xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlar olsa da, həmin qərarda göstərilən müddət bitdiyindən icra sənədini icra etmək mümkün olmamışdır. Lakin axırıncı qərarda müddət göstərilməmişdir. Zərərçəkmiş şəxs ilə “Term” kompaniyası arasında bağlanmış icarə müqaviləsinə əsasən “Term” kompaniyası obyekti elektrik enerjisi, qaz və su ilə təchiz etməsi, Zərərçəkmiş şəxs isə istifadə etdiyi elektrik enerjisinin, qazın və suyun pulunu ödəməyi öhdəlik götürmüşlər. “Term” kompaniyasının direktoru Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunaraq hüquq və vəzifələri izah edilərək icra sənədinin icrasından qərəzli boyun qaçırdığı üçün barəsində Azərbaycan Respubliası İXM-nin 528ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Term” kompaniyasının direktoru Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs göstərdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin e- MMT(119)-19/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh “Term” kompaniyasına qarşı “obyektdən istifadəyə maneənin qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-518/2022 nömrəli kommersiya işinə mahiyyəti üzrə baxılanadək müvəqqəti təminat tədbiri olaraq Zərərçəkmiş şəxs istifadəsində olan Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 211,6 kv.metr olan sahibkarlıq obyektinə (mağazaya) elektrik enerjisinin, qazın və su təchizatının verilməsini dayandırmaq və elektrik enerjisinin, qazın və suyun verilməsinə mane olmaq maraqlı şəxs “Term” kompaniyasına qadağan edilmişdir. Lakin bildirmək istəyir ki, obyektə (mağazaya) elektrik enerjisinin, qazın və su təchizatının verilməsi onun səlahiyyətinə aid deyildir. “Term” kompaniyasının nəzdində obyektlər coxdur, onların hamısının sayqacları ayrıdır və həmin obyektlərin hesab fakturaları da onlara gəlir. Zərərçəkmiş şəxs istifadəsində olan obyektin işığı, qazı və suyu “Xan” restoranından çəkildiyindən və “Xan” restoranı başqa şəxsə icarəyə verildiyindən icərədar işığı, qazı və suyu kəsmişdir. Əgər obyektə işıq, qaz və su çəkdirmək istəyirlərsə həmin təşkilatlara müraciət edib “texniki şərt” alıb çəkdirsinlər. Bunları nəzərə alaraq barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-MMT(119)-19/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Zərərçəkmiş şəxs cavabdeh “Term” kompaniyasına qarşı “obyektdən istifadəyə maneənin qadağan edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-518/2022 nömrəli kommersiya işinə mahiyyəti üzrə baxılanadək müvəqqəti təminat tədbiri olaraq Zərərçəkmiş şəxs istifadəsində olan Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 211,6 kv.metr olan sahibkarlıq obyektinə (mağazaya) elektrik enerjisinin, qazın və su təchizatının verilməsini dayandırmaq və elektrik enerjisinin, qazın və suyun verilməsinə mane olmaq maraqlı şəxs “Term” kompaniyasına qadağan edilmişdir. Lakin buna baxmayaraq “Term” kompaniyasının direktoru Şəxs icra sənədinin icra edilməsindən qərəzli surətdə boyun qaçırır. Belə ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs artıq 6 (altı) ildir ki, “Term” kompaniyasının nəzdində olan Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 211,6 kv.metr olan obyekti icarə müqaviləsinə əsasən işlədir. “Term” kompaniyasının nəzdində təkcə bu obyekt deyil digər obyektlər də var və o obyektlərin də istifadə etdikləri elektrik enerjisinin, qazın və suyun hesab fakturası “Term” kompaniyasının adına gəlmiş, sonra həmin məbləğlər bölünərək işlədilən obyektlərin rəhbər işçilərinə verilmiş və işlədilən elektrik enerjisinin, qazın və suyun pulu “Term” kompaniyasına ödənilmişdir. xx.xx.2022-ci il tarixdə “Term” kompaniyası tərəfindən obyektin təhvil verilməsi bildirilmişdir. Lakin icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixə qədər olduğundan Zərərçəkmiş şəxs obyekti təhvil verməkdən imtina etmiş və həmin vaxtdan da obyektə elektrik enerjisinin, qazın və suyun verilməsi “Term” kompaniyası tərəfindən dayandırılmışdır. “Term” kompaniyasından həmin təşkilatlardan “texniki şərt” alıb elektrik enerjisini, qazı və suyu bərpa edə biləcəkləri bildirilmişdir. Bundan sonra "xxxx" ASC-nin qaynar xəttinə müraciət müraciət etmişlər. Həmin təşkilatın əməkdaşları gələrək obyektə baxış keçirmişlər və bildirmişlər ki, obyektə işıq “Term” kompaniyasından çəkilmişdir. Onların yeni işıq çəkməyinə ixtiyarları olmadığını və işığın yanması üçün “Term” kompaniyasında quraşdırılmış avtomatı yuxarı qaldırmaqla obyektdə işığın yanacağını bildirdilər. Yuxarıda göstərilənləri nəzərə alaraq Term” kompaniyasının direktoru Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs ilə “Term” kompaniyası arasında bağlanmış icarə müqaviləsinə əsasən “Term” kompaniyası obyekti elektrik enerjisi, qaz və su ilə təchiz etməsi, Zərərçəkmiş şəxs isə istifadə etdiyi elektrik enerjisinin, qazın və suyun pulunu ödəməyi öhdəlik götürmüşlər. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli hesab fakturalarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən “Term” kompaniyasına hər ay üçün 500 (beş yüz) manat icarə haqqı ödəmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Tural İsayev tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-MMT(119)-19/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra etməli öhdəliyi “Term” kompaniyasının direktoru Şəxs üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Vəzifəli şəxs “Term” kompaniyasının direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar