Məhkəmə qərarları › İş №3(060)-1965/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1965/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1965/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs İnqilab oğlunun, Tələbkar Məmmədova (İsgəndərova) Zümrüd İman qızının iştirakları ilə Şəxs İnqilab oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 07.06.2021-ci il tarixdə Şəxs inqilab oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7166/2019 saylı, 10.09.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 6160 manat məbləğində aliment borcunu üzürsüz səbəbdən ödəmir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İnqilab oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7166/2019 saylı, 10.09.2019-cu il tarixli icra sənədinə əsasən ondan 06.08.2019-cu il tarixdən başlayaraq 30.12.2009-cü il təvəllüdlü X1 və 30.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa 140 manat olmaqla, cəmi 280 manat məbləğində sabit pul məbləğində aliment Məmmədova (İsgəndərova) Zümrüd İman qızına ödənilməlidir. Maddi imkanı aşağı olduğundan alimenti ödəmədiyini, hal-hazırda işləmədiyini, gələcəkdə ödəniş edəcəyini bildirərək barəsində yungül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Məmmədova (İsgəndərova) Zümrüd İman qızı izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7166/2019 saylı, 10.09.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs İnqilab oğlundan 06.08.2019-cu il tarixdən başlayaraq 30.12.2009-cü il təvəllüdlü X1 və 30.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa 140 manat olmaqla, cəmi 280 manat məbləğində sabit pul məbləğində aliment ona ödənilməlidir. Hazırda 6160 manat borc yaranmışdır. Borcun ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında Şəxs İnqilab oğlunun işləyibişləməməsi, işləmədiyi təqdirdə Məşğulluq Mərkəzinə müraciət edib-etməməsi barədə araşdırma aparılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inqilab oğlu barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs İnqilab oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 07.06.2021-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar