Məhkəmə qərarları › İş №3(060)-1966/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1966/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1966/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Çaytumaslı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Həmzəli Ə/D, Çaytumaslı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V, mənzil 39-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 28 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci iltarixdə saat 00:10 radələrində vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V-nin qarşısında X2 tərəfindən döyülmüşdür. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün 28 iyul 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi polis leytenantı X6 izahatında göstərdi ki, o, təhqiqatın xx.xx.2022-ci il tarixli qüvvədə olan qərarına əsasən Şəxs barəsində İXM-nın 157-ci maddəsi ilə protokol tərtib etmişdir. xx.xx.2022-ci iltarixdə saat 00:10 radələrində vətəndaş Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V-nin qarşısında X2 tərəfindən döyülmüşdür. Zərərçəkmiş şəxs təhqiqatın xx.xx.2022-ci il tarixli qüvvədə olan qərarında da X2 tərəfindən döyülməsini bildirmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 00:10 radələrində tanışı Fuadın yaşadığı 9-cu mikrorayon, ev 9Vnin qarşısında avtomobilini saxlayaraq musiqiyə qulaq asmış və Fuadı gözləmişdir. Fuad ona zəng edərək, gec olduğundan həyətə düşə bilməyəcəyini bildirmişdir. Bundan sonra maşından düşərək, yük yerindən antifriz götürüb maşına əlavə etmək istədikdə, bu zaman adını sonradan bildiyi Şəxs ona yaxınlaşıb boğazından yapışıb avtomobilə tərəf itələmiş və qolunu buraraq yerə yıxmışdır. Tanımadığı şəxslər onları ayırmışlar. Şəxs sonradan onun avtomobilini də təpiklə vurub əzmiş və ona 200 manat məbləğində maddi ziyan vurmuşdur. PB-də olarkən ona Şəxs və digər şəxsin şəklini göstərdikdə onu vuranın Şəxs olduğuna əmin olmuşdur. Hazırda o, şikayətçidir, Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, onun Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik və dostluq münasibəti yoxdu. Xanımı üzdən tanıyır. Belə ki, Xanım bir neçə dəfə atomobillə onların yaşadığı binanın qarşısından keçən zaman musiqiyə yüksək səs verərək onları narahat etmişdir. xx.xx.2022-ci il tarixdə isə gecə Zərərçəkmiş şəxs o döyməmişdir, Xanımın həyətdə kiminləsə mübahisə etdiyini yalnız eşitmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin TŞ-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülərək xəsarət alması alınmış izahatlar və ekspert rəyi ilə öz təsdiqini tapsa da, möcvud qanunvericiliyə görə Şəxs Zərərçəkmiş şəxs yetirmiş olduğu xəsarətlər dərəcəsinə görə cinayət tərkibi yaratmamışdır. Şəxs Zərərçəkmiş şəxs yetirmiş olduğu xəsarətlər dərəcəsi təyin edilmədiyindən İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis baş kapitanı X4 NK- 1/1271 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, ekspert rəyi, zərərçəkənin izahatı ilə öz təsdiqini tapır. Buna görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Zərərçəkmiş şəxs izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar