Məhkəmə qərarları › İş №3(060)-1967/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1967/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1967/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN ******* №-li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:10 radələrində X1 aşpaz işlədiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Mərcan” kafesinin mətbəxindən “Samsung J5” markalı mobil telefonu oğurlayaraq X.Eyvazovaya 100 (bir yüz) manat maddi ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Mərcan” kafesinin arxa tərəfindən keçərkən kafenin arxa qapısının açıq olduğunu, qapıdan içəridə masanın üzərində telefon olduğunu görmüş və ətrafa göz gəzdirib heç kimin olmadığını bildikdən sonra həmin telefonu götürmüşdür. Oğurladığı telefonu bir neçə saat sonra Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Teymur adlı şəxsə 15 manata satmış, əldə etdiyi pulu yeməyə və siqaretə xərcləmişdir. Törətdiyi əməldən səmimi olaraq peşmandır, bir daha belə hallara yol verməyəcəyini və telefonu satdığı şəxsdən alıb qaytaracağını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X2 ona dəyən ziyanın ödənilməsini və inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbacan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:20-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş ******* №-li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Şəxs 01 gün tutulduğu müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti 29 (iyirmi doqquz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 28 iyul 2022-ci il tarixdən, saat 14:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar