Məhkəmə qərarları › İş №3(060)-1969/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1969/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1969/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Rəşid Hüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxs Mais qızının iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 19/27-in qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Mais qızını döymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Rəşid Hüseynov protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında keçmiş həyat yoldaşının yaşadığı ünvanda, yəni Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində, təxminən 20:00 radələrində qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı həyat yoldaşına 2 dəfə sillə vurmuş, sonra oradan uzaqlaşaraq gözətçi işlədiyi marketə getmişdir. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, keçmiş həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Mais qızı bildirdi ki, xx.xx.2022-ci il tarixdə o, oğlu Nihadla birlikdə yaşadığı binanın həyətində olmuş, bu vaxt keçmiş həyat yoldaşı Cahangir yaşadıqları binanın həyətində ona yaxınlaşmış, oğlu Nihadın yanında onunla kobud danışaraq istifadə etdiyi telefonu ondan istəmiş, ona kiminləsə kənarda görüşdüyünü demiş, bundan sonra Cahangir uşağının yanında onun sifətinə iki dəfə əli ilə sillə vurmuş, əliylə boynunun dalından saçından yapışaraq saçını dartmışdır. Lakin hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs Mais qızı məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 iyun 2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər barışmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar