Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1972/2023 04.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs - X2 iştirakı ilə, xx.xx.1997-ci ildə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Qobu qəsəbəərazi dairəsi, Qobu qəsəbəsi ünvanında qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.5-ci maddələri ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 inspektoru, polis baş serjantı X5 tərəfindən xx.xx.2023-cü il tarixli, AP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 10:10 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində hərəkətdə olan zaman avtomaşın iki rəngli olduğu üçün saxlanılmış, sürücü alkotestr vasitəsilə yoxlandıqdan sonra sərxoş olduğu məlum olmuşdur. Bununla da X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X14 tərəfindən X2 barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 inspektoru, polis baş serjantı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində reyd keçirilən zaman bir qədər aralıda bir avtomaşının dayandığını, avtomobilin kapotunun açıldığını və sükan arxasında olan sürücünün yanında oturan şəxslə yerini dəyişdiyini görmüşlər. Bu hərəkət onlarda şübhə yaratmış və avtomaşın iki rəngli olduğu üçün saxlamaq qərarına gəlmişlər. Avtomaşın hərəkətə başlamış, onların yanına çatanda saxla işarəsi verərək avtomaşını saxlamışlar və sükan arxasında olub yerini dəyişən şəxsə yer dəyişən zaman onu gördüyünü bildirmişlər. Onu avtopatrul maşınına dəvət etmişlər, o, maşına əyləşmiş, alkotestr vasitə ilə müayinə olunan zaman sərxoş halda avtomaşını idarə etdiyi aşkar olunmuşdur. Həmin şəxs avtopatrul maşınında onlara bu məsələni necə yoluna qoymaq olar, ona kömək etmələrini bildirmişdir. Avtopatrul maşınında olan danışıqlar səs yazıcı vasitəsilə qeydə alınmışdır və diskə yazılaraq məhkəməyə təqdim olunmuşdur. Sonra həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs X2 barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs X6 izahat verərək bildirdi ki, özünü təqsirli bilmir, o, xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etdiyini etiraf edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında işə getmək üçün evdən çıxmış, özü gecə spirtli içki qəbul etdiyindən avtomaşını sürməmiş və avtomaşını idarə etmək üçün qonşusu Kamrana vermişdir. Onlar Sumqayıt şəhəri, St.Sumqayıt ərazisində hərəkətdə olan zaman avtomaşını saxlayıb kapotunu açıb baxmışlar və sonradan hərəkətlərinə davam etmişlər. Bir az qarşıda YPX əməkdaşları tərəfindən reyd keçirildiyindən və onun avtomaşınının kapotu başqa rəng olduğundan YPX əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman avtomaşını Kamran idarə etmiş o isə sürücünün yanındakı oturacaqda olmuşdur. YPX əməkdaşları avtomaşınla əlaqədar sual verəndə suallara o cavab vermiş, maşının kimin olduğunu soruşdurda onun olduğunu bildirmiş və onu avtopatrul maşınına dəvət etmişlər. Avtopatrul avtomaşınında YPX əməkdaşı alkotestr vasitəsi ilə onu müayinə etmiş və sərxoş olduğu müəyyən edilmişdir. Lakin o, YPX əməkdaşlarına avtomaşını idarə etmədiyini bildirmişdir. YPX əməkdaşları ona məsələnin yoluna qoyulması üçün təkliflər etmişlər, lakin o avtomaşını idarə etmədiyini və heç bir təkliflə razılaşmadığını bildirmişdir. Onu şöbəyə aparmışlar və o hadisə barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və sonra Bölməyə gedərək ərizə və izahat vermişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 inspektoru, polis baş serjantı X7 da X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs X2 izahatına oxşar izahat vermişdir. X6 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapır. Alkotestr qəbzinə görə X3 müayinə vaxtı (xx.xx.2023-cü il, saat 09:30-da) 0,610 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, X6 İİ Qarabağ Müharibəsi iştirakçısıdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşanın, Füzulinin və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarnnda olan “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli Medalın vəsidəsindən görünür ki, X6 Azərbaycan Respublikası Müdafiə X12 tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, YPX əməkdaşları avtomaşının X6 tərəfindən idarə edildiyini ona dedikdə o, buna kəskin etiraz etməmişdir. Məhkəmə X2 məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, X6 avtomaşının onun tərəfindən deyil dostu tərəfindən idarə olumamasını bildirsə də, bu xüsusat şahid ifadələri və iş materiallarında olan diskə baxış zamanı təkzib olunur. Həmçinin onun dostu X4 tərəfindən verilmiş izahat X2 yaxın münasibətdə olduğu şəxs tərəfindən verildiyi üçün məhkəmə izahatı mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə X2 İİ Qarabağ Müharibəsində iştirak etməsini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşanın, Füzulinin və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən X2 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə X2 şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halların olmasını nəzərə alır və hesab edir ki, X6 tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona inzibati cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1972/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1972/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver