Məhkəmə qərarları › İş №3(060)-1975/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1975/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1975/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X11, Zərərçəkmiş şəxs X3, Zərərçəkmiş şəxs “X22” MMC-nin nümayəndəsi X12 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X14 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6650/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9216/2021 saylı, Sumqayıt “Asan Xidmət” mərkəzində Notariat ofisinin 8i-21639 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3035/2023 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3474/2023 saylı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4750/2023 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-925/2023 saylı icra sənədləri üzrə borcunu üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X14 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 6650/2021 saylı icra sənədinə əsasən əsas məbləğ üzrə 1500 manat, dəbbə pulu üzrə 150 manat olmaqla, cəmi 1650 manat borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı “X22” MMC-yə verilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9216/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs ümumilikdə 2395 manat borc və 43.95 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3035/2023 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs, X1 və X4 müştərək qaydada 8912 manat əsas, 1030.72 manat faiz borcu və 44.84 manat cərimə olmaqla, cəmi 9987.56 manat borc və ödənilmiş 119.94 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(119)-925/2023 saylı icra sənədinə əsasən Şəxs, X1, X4 və X5 müştərək qaydada 12523.90 manat məbləğində əsas, 1032.06 manat məbləğində faiz, 50 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mıbləğində mediasiya xərci olmaqla cəmi 13705.96 manat məbləğində pul vəsaiti iddiaçı ”Yelo Bank” ASC-nin xeyrinə tutulmalı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4750/2023 saylı icra sənədinə əsasən Şəxs 341974-CNS-35158 saylı kredit müqaviləsi üzrə 1355,57 manat məbləğində əsas borc məbləği, 139.08 manat məbləğində faiz borcu, 77.92 manat məbləğində cərimə borcu və mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 925/2023 saylı icra sənədinə əsasəncavabdehlər Şəxs, X1, X4 və X5 müştərək qaydada dövlət nəfinə 130,82 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, Sumqayıt “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8i-21639 saylı icra qeydinə əsasən Şəxs 3825 manat tutularaq X6 ödənilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3474/2023 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli R0041941 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2149 manat əsas, 210 manat faiz borcu, 30 manat cərimə, cəmi 2389 manat borc və və 43,89 manat dövlət rüsum ututulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş üzə icraata başlamaq barədə qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və yalnız axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Borclu icra idarəsində maddi vəziyyəti aşağı olduğu üçün ödəniş edə bilmədiyini qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, “X22” MMC-dən mallar götürmüş, pandemiya dövründə götürdüyüm həmin malları geri qaytarmaq istəyən zaman şirkət malları qəbul etməmişdir. Daha sonra X2 faiz olaraq 3000 manat götürmüş, faizi ilə geri qaytarmışdır. Lakin, bunu sübut edə bilmir. Həmçinin bildirmişdir ki, dəyəri 100.000 manat olan lazer aparatı almışdır, həmin aparatla hər hansı işlə məşğul ola bilməmişdir. Ona görə hazırda həmin aparatı 85000 manata satışa çıxarmışdır. Satış baş tutarsa borclarını tam ödəyəcək. Göstərilən halları, həmçinin himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, o, borclunun müştərisi olmuş, borc müqaviləsi əsasında Şəxs 2 ay müddətinə borc pul vermişdir. Lakin, bu günədək ödəniş etməmişdir. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs “X22” MMC-nin nümayəndəsi X18 bildirmişdir ki, borclu qərəzli olaraq heç bir ödəniş etmir, o hissə-hissə ödəniş edilməsinə razı deyil. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6650/2021 saylı icra sənədindən görünür ki, əsas məbləğ üzrə 1500 manat, dəbbə pulu üzrə 150 manat olmaqla, cəmi 1650 manat borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı “X22” MMC-yə verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9216/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs ümumilikdə 2395 manat borc və 43.95 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3035/2023 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs, X1 və X4 müştərək qaydada 8912 manat əsas, 1030.72 manat faiz borcu və 44.84 manat cərimə olmaqla, cəmi 9987.56 manat borc və ödənilmiş 119.94 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-925/2023 saylı icra sənədindən görünür ki, Şəxs, X1, X4 və X5 müştərək qaydada 12523.90 manat məbləğində əsas, 1032.06 manat məbləğində faiz, 50 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat mıbləğində mediasiya xərci olmaqla cəmi 13705.96 manat məbləğində pul vəsaiti iddiaçı ”Yelo Bank” ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4750/2023 saylı icra sənədindən görünür ki, Şəxs 341974-CNS-35158 saylı kredit müqaviləsi üzrə 1355,57 manat məbləğində əsas borc məbləği, 139.08 manat məbləğində faiz borcu, 77.92 manat məbləğində cərimə borcu və mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-925/2023 saylı icra sənədindən görünür ki, Şəxs, X1, X4 və X5 müştərək qaydada dövlət nəfinə 130,82 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8i-21639 saylı icra qeydindən görünür ki, Şəxs 3825 manat tutularaq X6 ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3474/2023 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli R0041941 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2149 manat əsas, 210 manat faiz borcu, 30 manat cərimə, cəmi 2389 manat borc və və 43,89 manat dövlət rüsum ututulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərarlardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6650/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9216/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3035/2023 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-925/2023 saylı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4750/2023 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-925/2023 saylı, Sumqayıt “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8i-21639 saylı və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3474/2023 saylı icra sənədləri üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-6650/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-9216/2021 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3035/2023 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-925/2023 saylı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4750/2023 saylı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-925/2023 saylı, Sumqayıt “Asan Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8i-21639 saylı və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3474/2023 saylı icra sənədləri üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildirişlər Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2011-ci və xx.xx.2015-ci il təvəllüdlü uşaqları var. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X8 ilə Şəxs arasında nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X9 anası Şəxs himayəsində saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında çoxsaylı icra sənədləri mövcuddur, qeyd edilən icra sənədləri üzrə Şəxs indiyədək ödənişlər etməmiş, həmçinin icra məmurunun çağrışlarına gəlməmişdir. Bu səbəbdən də axtarış qərarı əsasında onun icra idarəsində iştirakı təmin edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədləri üzrə heç bir ödəniş etməməsi, həmçinin icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs himayəsində 9 yaşlı uşaq olması səbəbindən onun barəsində İXM-in 30.2-ci maddəsinə əsasən inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar