Məhkəmə qərarları › İş №3(060)-1977/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1977/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1977/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X4 və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP 7388364nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 iyul 2025-ci il tarixdə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti Baş İnspektoru Polis X1 X6 faytonla hərəkət edərkən, onu Yeni Bulvar ərazisi, Sumqayıt Yeni Bulvar küçəsində saat 19:42-də Poseidon restoranının qarşısında işıqfora çatmamış saxlayaraq, hədə-qorxu gəlmiş və bildirmişdir ki, ”yollarda fayton sürmək qadağandır. Bir daha səni bu yollarda fayton sürən görməyim.” Sonradan araşdırdıqdan sonra məlum oldu ki, haqqında 23 iyul 2025-ci il tarixli ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qərarda inzibati xətanın motivi olaraq aşağıdakı göstərilmişdir: 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; Bildirmişdir ki, at arabası at arabası işıq əks etdirən qurğularla təchiz edilib çox yüksək keyfiyyətlə, təhlükəsiz idarəedilə bilməsi üçün hazırlanmış arabadır və qanunvericilikdə faytonun idarə edilməsinə icazə verilməsi üçün xüsusi prosedur yoxdur. Buna baxmayaraq, faytonun sahibi X5 Administrasiyasına, Kiçik və X12 və s. müraciət etmişdir. Sonuncu müraciətini Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcova 17 iyun 2025-ci il tarixdə etmişdir. Bu müraciətinə hələ də cavab almamışdır. Müraciət ərizəsinin surəti bu ərizəyə əlavə olunur. Müraciətdə bildirdiyimiz kimi, faytonu aşağıdakı tələblərə uyğun idarə edirik: 1. At arabalarım yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə hərəkət etdirmək: 2. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə atın cilovundan tutaraq əsas yola çıxarmaq; 3. At arabasını işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz etmək. 23 iyul 2025-ci il tarixdə Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti Baş İnspektoru Polis X1 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, polis əməkdaşı onu saxlayarkən inzibati xəta hadisəsinin baş verməsi ilə razılaşmamışdır. Məhkəmədən şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 qanuni nümayəndəsi X7 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, maddi imkanları olmadığı üçün cərimənin silinməsini və inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırkı şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt şəhər DYPŞ-yə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X11 at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə görə Azərbaycan Respublikasının İXM-in 338.5.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X11 yol hərəkəti qaydasını pozması ilə bağlı tərtib olunmuş protokolla razılaşmamış, buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis X1 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X11 barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.3-cü maddəsi ilə protokol tərtib edilən gün, yəni xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 40 (qırx) manat məbləğində inzibati cərimə etmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, at arabasının arxa hissəsində işıq əks etdirən qurğuların olması görünür. Lakin, lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın hər hansı sübut təqdim etmədiyi üçün inzibati xəta hadisəsi qeydə alınarkən həmin qurğuların at arabasında olub-olmamasını müəyyən etmək mümkün deyil. Həmçinin, məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmayan şəxsdir. İXM-in 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil etməlidir. Bununla da, orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına və İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 şikayəti qismən təmin olunmalı, Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin olunsun. Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar