Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1979/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Yadigar qızının sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət verilən orqanın nümayəndəsi Sumqayıt ŞPİ-nin Dövlət Yol Polis Şöbəsinin polis baş X1nun, Qərardan şikayət vermiş şəxs Məmmədov Samir Ağoş oğlunun iştirakı ilə, Məmmədov Samir Ağoş oğlunun Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı X12 haqqında qərarından verilmiş şikayətə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məmmədov Samir Ağoş oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, Sumqayit şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin İnispektor Polis X1 qanusuz olaraq barəsində İXM-nin 327.7-ci, 329.3-cü və 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edərək sürücülük vəsiqəsi 6 ay müddətinə məhdudlaşdırmışdır. Halbuki, İXM-nin 333.1-ci maddəsində 400 manat 5 bal cərimə cəzasə var sübuta yetirilərsə. Lakin onun sürücülük vəsiqəmdə olan balın sayı araşdırılmadan qeyri qanunu olaraq sürücülük vəsiqəsi məhrum edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, idarə etdiyi avtomobil saxlanılarkən ypx əməkdaşına həkim müayinəsinə getməyi tələb etsədə, buna məhəl qoymayaraq avtomobili qanusuz olaraq duracağa yerləşdirmişdir. İki gün sonra yaxınlaşıb avtomobilini tələb etsədə, qanusuz olaraq protokol tərtib edərək özləri akt tərtib edib sürücülük vəsiqəsi qeyri qanunu məhrum etmişdilər. Halbuki, ypx əməkdaşı avtomobil saxlayaraq sürücünü içkili olduğun aşkar edərsə, həkim müayinəsinə aparmalıdır, şahid iştirakı ilə protokol qərarsız tərtib etməlidir və akt imzalatdıraraq şahid iştirakı ilə sürücyə sürətin verməlidir. Lakin ypx əməkdaşı bunları etməyərək qeyri qanunu olaraq barəmdə qansuz protokol tərtib edərək sürücülük vəsiqəsi heç bir əsas olmadan və toplanan bal araşırılmadan 6 ay müddətinə məhrum edilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Qərarın sürətini xx.xx.2025-cil tarixdə almışdır. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq Məhkəmədən Sumqayıt Şəhər DYPŞnın Polis Polkovniki X2 tərəfindın barəmdə tərtib edilən X12 Haqqında Qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş edir Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Məmmədov Samir Ağoş oğlu bildirdi ki, axşam saatlarında avtomobil idarə etdiyi zaman yol polis əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanılmışdır. YPX-nin əməkdaşı ona spirtli içkidən istifadə etdiyini bildirmiş, o isə həmin gün deyil, ondan bir gün əvvəl bir bakal pivə içdiyini bildirmişdir. Sərxoşluq vəziyyətini alkotesterlə yoxladılar. Daha sonra ona növbəti gün Yol Polis şöbəsində ondan pul tələb etmişlər və sürücülük hüququ məhdudlaşdırılmışdır. Onun barəsində yerində protokol tərtib edilməmişdir. O, hər hansı sənədə imza atmamış, həmçinin onun həmin günədək 15 balı olmamışdır. Şikayət ərizəsini onun yerinə vəkili yazmış və imzalamış, o sadəcə olaraq sənədləri məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi Sumqayıt ŞPİnin Dövlət Yol Polis Şöbəsinin polis baş X1 bildirdi ki, sürücü tərəflərindən saxlanılmış və ondan kəskin spirt qoxusu gəlməsi müəyyən edilmişdir. Sürücünü alkotesterlə yoxladılar və sərxoş halda olması öz təsdiqini tapmışdır. Alkotesterlə yoxlama zamanı sürücünün şəkili qeydə alınmışdır. Həmçinin sürücü izahatında öz əməlini etraf etmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Məmmədov Samir Ağoş oğlunun xx.xx.2025-ci il tarixədək artıq 15 cərimə balı mövcud olmuş və hazırki protokol üzrə də 05 cərimə balı toplanmışdır. Bildirdiyi faktları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Qərar tam əsaslıdır və qanunidir. Qeyd etdiklərinə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, İXP ******* saylı X12 haqqında qərardan görünür ki, Məmmədov Samir Ağoş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 06 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılması inzibati tənbeh növü tətbiq edilmişdir. - Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında 00244 saylı protokoldan görünür ki, Məmmədov Samir Ağoş oğlunda 0,797 % spirtli içki qəbul etməsi müəyyən edilmiş və sonuncu yoxlama nəticəsi ilə tanış olmuşdur. - Məmmədov Samir Ağoş oğlunun izahartından görünür ki, o, xx.xx.2025-ci il tarixində yol polisi tərəfindən saxlanılmış, yoxlama zamanı nəfəsindən spirt qoxusu gəldiyinə görə alkotestr vasitəsi ilə müayinə edilmişdir. Muayinədən sonra onda sərxoşluq vəziyyəti aşkar edilmişdir. Qeyd edir ki, spirtli içki qəbul etmiş və törətdiyi xətaya görə məsuliyyət daşımağa hazırdır. - Baş Dövlət Yol Polis İdarəsinin "X5”ndən əldə edilmiş çıxarışdan görünür ki, Məmmədov Samir Ağoş oğlunun xx.xx.2025-ci il tarixədək 15 cərimə balı mövcud olmuş, xx.xx.2025-ci il tarixdə isə 5 cərimə balı yazılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: -2.2-cü bəndində əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. - 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. - 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; -2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.7-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.” Məmmədov Samir Ağoş oğlu hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, alkotesrlə müayinə edildiyi zaman alkotestrin nəticəsində sərxoşluq vəziyyəti müəyyən edilmiş, tibbi müayinədən keçirilməsini tələb etdiyini bildirsə də, bu iş materialları ilə təsdiq edilmir. Həmçinin özü də ilkin izahatında əməlini etiraf edərək, peşman olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol”da şikayətçi Məmmədov Samir Ağoş oğlunda test nəticəsində alkoqolun miqdarının 0,797% olması, həmçinin sürücü tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “X12 haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Məmmədov Samir Ağoş oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Məmmədov Samir Ağoş oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “X12 haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. - 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, Məmmədov Samir Ağoş oğlu inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güddüyündən və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Məmmədov Samir Ağoş oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən Məmmədov Samir Ağoş oğlu barəsində qəbul edilmiş “X12 haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1979/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1979/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver