Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-198/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X1 və onun nümayəndəsi və vəkili X6 , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1991-ci ildə Xızı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, N saylı hərbi hissədə qeydiyyatda olmaqla və Sumqayıt şəhəri, Yaşma bağları ərazisində fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 17 yanvar 2025-ci il tarixli, MN2089199 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4472/2017 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)- 4472/2017 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü Rəhim Rəşad oğlu Qurbanzadənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23.022017-ci il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 136 manat 60 qəpik olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verillməlidir.Borclu icra sənədlərinin icrasından qərəzli şəkildə yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-2931/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra tələbkar tərəfindən apellyasiya şikayəi verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu barəsində 10 gün müddətinə İnzibati həbs tətbiq edilmişdir. Lakin, bundan sonra da borclu icra sənədini icra etməmiş və borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Hal-hazırda borclunun 12.000 manat borcu var. Borclu barəsində xx.xx.2024cü il tarixdə axtarış elan edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmənin müahizəsinə burxadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, əvvəllər işləmiş, daha sonra barəsində inzibati həbs tətbiq edildikdən sonra işdən çıxarılmışdır. O, psixiatriya xəstəxanasında qeydiyyata alınmışdır. Rəsmi olaraq aiddiyaytı orqan tərəfindən əlillik dərəcəsi müəyyən olunmamışdır. Səhhəti ilə bağlı işləyə bilmir. Buna görə də aliment borcunu ödəyə bilmir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır, heç bir ödəniş etmir. Borclu barəsində inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra 250 manat ödəniş etmişdir. Bundan sonra heç bir ödəniş etməmişdir. Ona görə də borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 nümayəndəsi və vəkili X11 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4472/2017 saylı icra sənədi üzrə borclunun 12000 manat borcu var. Hüquqlarını müdafiə etdiyi şəxs himayəsində olan uşaqlarını saxlamaqda çətinlik çəkir. Buna görə də borcun tam ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq borclu barəsində inzibati həbs tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcunu etiraf edir və qərəzli olaraq ödənişdən boyun qaçırmır. Borclu psixiatriya xəstəxanasında qeydiyyatdadır. İşləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilmir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-4472/2017 saylı icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü Rəhim Rəşad oğlu Qurbanzadənin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23.022017-ci il tarixindən başlayaraq cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 136 manat 60 qəpik olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verillməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)- 2931/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)- 2931/2023 saylı qərarı zərərçəkmiş şəxsin apellyasiya şiakyətinə əsasən dəyişdirilmiş, borclu barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Şəxs dissosiativ normanın pozuntusu diaqnozu ilə psixatrik xəstəxanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədləri üzrə ödənişlər etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətə inzibati həbs edilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 17 yanvar 2025-ci il tarixdən saat 16:40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-198/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-198/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver